Arif Yunus həbsxanaya məktub yazdı: “Mənim əziz Leylam!”

arif və leyla
60 yaşlı, artıq elə də cavan olmayan həyat yoldaşlarını, evliliklərinin 37-ci ilində, keçən il həbs etdilər, həm də bizi müxtəlif həbsxanalara yerləşdirdilər. Nəticədə, 16 ay mən təkadamlıq kamera yaşadım, sənin və bizim sevimli Dinarəmizin necə olduğu haqda tamamilə xəbərsiz idim, hələ dünyada baş verənləri demirəm. Əlbəttə, mən vaxtaşırı vəkillərdən bəzi xəbərləri alırdım, həmçinin sənin mənə yazdığın açıq məktublardan da xəbərdar idim, təəssüf ki, mən nəinki onları cavablaya bilirdim, heç oxuya da bilmirdim. Çünki mən MTN-nin təkadamlıq kamerasında idim, orada isə nizam çox sərtdir.
Bu o demək deyil ki, mən sənin və Dinarə haqqında fikirləşmirdim. Məhkəmədəki ilk görüşümüzdə mənim kamerada necə yaşadığım haqda soruşdun. Mən isə bizim həyatımızı, keçdiyimiz mərhələləri – lap əvvəldən həbs olunanadək yadıma saldığımı dedim. Xatırlamağa çox şey var idi. Mənim sənə çox tez aşiq olduğumu və sənin məni çox sevdiyin babanın məzarına aparmağını yaxşı xatırlayıram. Sən onun, rus inqilabından əvvəl Peterburqda təhsil alması, sonradan Bakıya qayıtması və onun teatrda aktyor olması barədə çox danışmısan. O, ötən əsrin 30-cu illərdində Azərbaycan kinematoqrafiyasını yaradanların arasında idi. Və sən onun 30-60-cı illərdə Azərbaycan kinematoqrafiyasının şah əsərlərindən olan “Səhər”, “Arşın mal alan”, “Uzaq sahillərdə”, “Bəxtiyar” və s. kimi filmlərin rejissoru olduğu haqqında qürurla danışırdın. Və məhz onun məzarı önündə, bizim bir neçə gün tanış olmağımıza baxmayaq, sənə evlənmək təklifi etdim. Və bizim birgə həyatımız başladı.
Kamerada kifayət qədər zamanım var idi və buna təəssüflənirəm ki, xatirələri yazmaq üçün fürsət olmadı. Amma mən çıxış yolu tapa bildim – onları öz ağlıma yazırdım. Bu türmədə sağ qalmağa kömək edir, indi bu mənim üçün dəqiq aydın oldu.
Yəqin ki, ayrılığın başqa şərtlərində mən birgə həyatımızın ən xoş anlarını xatırlayardım. Əslində onlar da az olmayıb. Lakin mən həbsxanada idim və əlbəttə, ilk növbədə sənin sağlamlığın haqqında fikirləşirdim. Çünki sən evdə azadlıqda deyildin, həbsxanada sərt təzyiqlər altında idin, açıq desəm, müxtəlif növ zülm və təhqirə məruz qalırdın. Bütün bunlar məni başqa növ xatirələrə kökləyirdi. Mən çox gözəl bilirəm ki, sən narahat idin, hansı sınaqlardan keçirdin. İlk dəfə məhkəmədə bildiyim və xatırladığım yox, başqa Leylanı görəndə bu mənə daha da aydın oldu. Və mən onda başa düşürdüm ki, sən nələrlə üzləşirsən və üzləşməkdəsən…
Mən səni daha tez itirə bilərdim. Sən sağlam və güclü görünürsən. Əslində isə sənin sağlığında çoxdan problemlər var. Mən xatırlayıram ki, ilk əməlliyyatında sənin yumurtalıqlarını götürdülər, amma əməliyyat elə də uğurlu alınmamışdı, sən ölümün astanasında idin. Həkim dedi ki, sənin daxili qanaxman var. Nəticədə, ikinci əməliyyat oldu və sənin bütün qadınlıq orqanlarını çıxardılar.
Daha sonra bu sənin iki əməliyyatdan sonra axsamağını xatırlatdı. İndiki kimi… Xatırladım ki, müayinəyə gedəndə həkimlər dedi ki, sənin sağ ayağının sinirləri tikilib. Yeni əməliyyat keçirilməsə, həyatının sonuna kimi axsaya biləcəyini anlayırdın, buna baxmayaraq, sən yenə də cəsarətli idin.
Biz çox böyük çətinliklə Peterburqa və ya onda Leninqrad idi, üz tutmağa nail olduq. Bu səfəri çətin ki, unudum. Hələ də xatırlayıram ki, biz cənublular, dəhşətli şaxtası olan şəhərə necə gəldik. Səni xəstəxanaya yerləşdirdilər, mən isə kirayədə qalırdım və hər gün sənin yanında olmağa çalışırdım. Xoşbəxtlikdən, əməliyyat uğurlu keçdi və sənin sağ ayağının hərəkətini bərpa etdilər. Axsama keçdi. O zamanlıq…
Lakin kamerada mənim üçün həyatımızın ən ağır anlarından biri sənin digər əməliyyatını xatırlamaq idi. Moskavadakı müayinədən sonra sənin döşündə şiş tapdılar. Lakin mən sənin yanında ola bilmədim. Dinarə balaca idi, sənin anan isə ağır xəstə idi, mən onların yanında qalmalı oldum. Nəticədə, sən hər şeyi özün eləmək məcburiyyətində qaldın – mənzil axtarmaq, əməliyyata tək getmək, bilə-bilə ki, belə çətin anlarda nə mən, nə də başqa bir yaxın adam sənin yanında olacaq. Və üçüncü əməliyyatdan sonra sən dərhal evə qayıda bilməzdin, çünki reabilitasiyadan keçməli idin, bunun üçün isə üç ay tələb olundu və sən bu üç ayı tək başına keçirdin.
Əlbəttə, hər əməliyyat izsiz ötüşmürdü, özü ilə nəinki sağlamlığını aparırdı, həm də dəhşətli qorxuya səbəb olurdu. Belə əməliyyatlar təsirsiz ötüşmür. Beləliklə daha ağır xatirələri xatırladım, bir neçə il öncə həkimlər səndə bir dəstə xəstəlik tapdı – diabet, hepatit C və iki gözünün kataraktı. İlk öncə sol gözündən, bir neçə aydan sonra isə sağ gözündən əməliyyat olundun.
Beləliklə kədərli nəticələr: altı əməliyyatdan ikisi ölümcül nəticələnə bilərdi. 2013-cü ildə olan axırıncı əməliyyatından sonra həkimin sözlərini xatırladım: “Sizin indi mütəmadı müayinəyə, həkimlərin nəzarətinə və stressiz həyata ehtiyacınız var. Siz çox əməliyyat keçirmisiniz və sizin sağlamlığınızda ciddi problemlər var, bunların hamısı gələcəkdə özünü birüzə verəcək”. Mən məhkəmədə səni görəndə, tam anladım ki, bu əməliyyatların nəticələri özünü birüzə verib və səni yıxıb. Mən sənin vəziyyətinə bələd olsam da, səni və sənin halını gördükdə güclü şok yaşadım. Mən nəinki xəstə adam gördüm, açıq-aşkar əlil bir insan gördüm. Bir il ərzində ömrünün minimum 15-20 ilini itirdin, qəddar sözlərimə görə məni bağışla. Lakin ən böyük təhlükə, sənin bağırsağının tamamilə sıradan çıxmasıdır və buna görə qida qəbulundan imtina etməsidir. Və bu bütün keçirdiyin əməliyyatlardan ən ağırıdır. Amma mənim üçün ən ağır olan – mənəvi ağrı idi, məhz indi mən sənin yanında ola bilmirəm. Sənə su verə bilmirəm, hərəkət etməyinə kömək edə bilmirəm, səni əzizləyə bilmirəm.
Biz cavan deyilik, həyatımızı yaşamışıq. Mən 60 yaşımı kamerada qarşılamışam. 21 dekabrda həbsxanada, nəinki azadlıq və ciddi müalicə ala biləcəyindən, o günə qədər yaşayacağından belə əmin olmayan, əlil və ağır xəstə biri kimi 60 yaşını qeyd etmək sənin növbəndədir.
Həkimlər səni müayinə edəndə həmişə çətinlik çəkirdim. İndi isə sənin fiziki və mənəvi-psixoloji vəziyyətini bildiyim halda keçirdiyim ağrı məni məhv edir.
Bütün bunlara dözə biləcəksənmi? Sənin əzablarını və ağrılarını bilə-bilə mən dözə biləcəyəmmi? Bəs bizim qızımız dözə biləcəkmi? Mən təbiətcə optimist olsam da, həmişə ən yaxşıya ümid edirəm, amma indi bu suallara cavab tapa bilmirəm…
Sənin Arifin

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button