Artur Rəsizadə FHN-nin səlahiyyətlərinə toxundu

artur resizadeBaş nazir Artur Rasizadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 272 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında qərar imzalayıb.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli fərmanı ilə “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilib və fərmana əsasən Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etməli idi.
Bununla əlaqədar Nazirlər Kabineti “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın “Dövlət büdcəsi vəsaiti hesabına tikinti işlərinin aparılması üzrə smeta dəyərinin müəyyənləşdirilməsi” ilə əlaqədar hissə istisna olmaqla, bu Qaydanı ləğv edib.
Bununla da Azərbaycanda dövlət büdcəsi vəsaiti hesabına tikinti işlərinin aparılması üzrə smeta dəyərinin müəyyənləşdirilməsini həyata keçirəcək orqan müəyyənləşib.
Tikintinin bazis smeta sənədlərinin düzgünlüyü barədə Dövlət Ekspertiza İdarəsinin müsbət rəyi alındıqdan sonra tikintilərin cari qiymətlər səviyyəsində müqavilə dəyərinin düzgünlüyü Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən müəyyən ediləcək.
apa.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button