Artur Rəsizadə və Ramil Usubov fb-də!

Oğlanlarla qız niki ilə yazışan azərbaycanlı nazir kimdir?

 Sosial şəbəkədə ən çox aktiv Ramiz Mehdiyevdir, ən  passiv isə Ramil Usubovun səhifəsi bəyənilib

 Artıq ölkədə internet istifadəçilərinin sayı 1 milyon nəfərə çatmaq üzrədir və onların sırasında dövlət başçısının və onun ailə üzvlərinin səhifələri də var. Avropanın bir sıra hökumət başçılarının, ABŞ prezidenti Barak Obamanın da sosial şəbəkələrdə öz səhifələri mövcuddur. Və bu səhifələr mütəmadi olaraq yenilənir. Şəbəkələrdə yazılan rəylərə və statuslara Barak Obamanın adından münasibətlər də bildirilir. Lakin ictimaiyyətə qapalı olan azərbaycanlı məmurları sosial şəbəkələrdə də görə bilmirik.

Dünən apardığımız kiçik araşdırma nəticəsində məlum oldu ki, əslində bir sıra nazirlərin və komitə sədrlərinin sosial şəbəkələrdə statusları var. Məsələn, baş nazir Artur Rasizadənin «facebook»da səhifəsi var. Amma bu səhifədə məlumatlar, demək olar ki, yenilənmir.

Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin səhifəsi isə yenilənir.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun səhifəsində kifayət qədər maraqlı məlumatlar yer alıb. Hətta AXCP sədrinin mətbuat məsələləri üzrə müavini Natiq Ədilovun Kəmaləddin Heydərovla qohum olması statusu da yazılıb.

Nəqliyyat naziri Ziya Məmmədovun isə ümumiyyətlə, bu sosial şəbəkədə səhifəsi yoxdur. Deyilənlərlə görə, Ziya Məmmədov kompüter işlədə bilmir. Nazirlər arasında daha intellektli  və ictimaiyyətlə əlaqələri olan Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun da sosial şəbəkədə izi-toxu belə yoxdur.

«Facebook»da ən yaxşı səhifə Daxili İşlər naziri Ramil Usubova məxsusdur. Nazirin səhifəsində cəmi bir profil şəkli olsa da, məlumatlar tez-tez dəyişdirilir. Hətta Ramil Usubov öz adından dostlarına Novruz bayramı təbriki də yollayır. Amma səhifə demək olar ki, yenilənmir. Bu səhifə nazirlər arasında ən çox bəyənilən səhifədir. Bəyənənlərin sayı 283 nəfərdir.

Baş prokuror Zakir Qaralovun səhifəsi də yaradılandan bəri yenilənməyib. Bu səhifədə satirik-şair Mirzə Sakitin bir lətifəsi də yazılıb.

Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun da səhifəsi bağlıdır və şəbəkə iştirakçıları bu səhifəni yalnız bəyənə bilərlər.

Apardığımız bu kiçik araşdırma nəticəsində maraqlı bir fakt da aşkarladıq. Bir nazirin dostunun dostu olan və eyni soyad, eyni informasiyalarla açılan biri xanım (R.T.) adı ilə fəaliyyət göstərir. Açıq-saçıq fotoları olan bu xanım adətən iqtidaryönümlü səhifə sahibləri ilə dostluq edir. Maraqlıdır ki, bu səhifədə dostluq yollamaq qapalıdır və yalnız xüsusi seçilmiş adamlar vasitəsilə dostluq göndərmək mümkün olur. Bu nazirin kimliyini araşdıraraq tam əmin olduq ki, həmin nazir hər gün gecə saatlarında, xüsusilə də saat 00:00-dan sonra sosial şəbəkəyə qoşulur və əsasən oğlanlarla söhbətləşir.

Mövzu ilə bağlı araşdırmalar davam edəcək.

 Elvin Usta

“Xural” qəzeti,

il 9, sayı: 043 (451), 26 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button