Artur Rasi-zadəyə yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fonddan Mia.az-a verilən məlumata görə, Baş nazir, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2014-cü ildə maliyyə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2014-cü il büdcəsinin icrası məsələlərinə baxılıb:
“Müşahidə Şurası Neft Fondunun İcraçı direktorunun təqdim etdiyi Fondun 2014-cü ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2014-cü ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Praysvoterhauskupers Audit Azərbaycan” MMC) hesabatına baxaraq, onları məqbul hesab etdi. Və Neft Fondunun 2014-cü il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim olunması barədə qərar qəbul edildi”.
Məlumatda o da bildirilir ki, Baş nazir A.Rasi-zadə növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button