Artur Rasizadənin Avropa Birliyinə yalanından şikayət olundu

Artur Rəsizadə

Azərbaycanın bir qrup hüquq müdafiəçisi bir müddət əvvəl ölkənin baş naziri Artur Rasizadənin göndərdiyi məktubla əlaqədar Avropa Yayım Birliyinə müraciət ediblər. Məktubda 2012-ci ilin may ayında “Eurovision” mahnı müsabiqəsi zamanı Bakıda toplaşmaq azadlığının təmin ediləcəyinə dair vədlər yer alıb.
Müraciət müəllifləri yerli və beynəlxalq ictimaiyyətin diqqətinin “Eurovision 2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda demokratik islahatlar zərurətinə çəkməyə yönəlmiş “Demokratiya üçün musiqi” kampaniyasının təsisçiləridir.
Müraciətdə deyilir: «Azərbaycan Respublikasının Baş naziri Artur Rəsizadə bir neçə gün bundan əvvəl Sizə məktub göndərərək Bakıda keçiriləcək “Avroviziya-2012” mahnı müsabiqəsi ilə əlaqədar Avropa İnsan Haqları Konvensiyasına hörmət ediləcəyini və Azərbaycana gələcək nümayəndə heyətlərinin, medianın, azarkeşlərin ifadə və sərbəst toplaşmaq azadlığının təmin ediləcəyini bildirib.
Lakin təcrübədə biz başqa hadisələrin şahidi oluruq və bu hadisələr Baş nazirin məktubunda yazılanlara inanmağımıza mane olur. Baş verən pozuntuları Sizin də diqqətinizə çatdırmaq istərdik. Sərbəst toplaşmaq hüquqlarından istifadə edərək 2011-ci ilin 2 aprel tarixində keçirilən dinc etiraz aksiyasında iştirak edən 14 nəfər sentyabr-oktyabr aylarında 1 il 6 aydan 3 il müddətinə qədər azadlıqdan məhrum ediliblər. Məktəblərdə hicabın qadağan edilməsinə etiraz edən 6 islamçı da müxtəlif müddətlərə həbs ediliblər.
İfadə azadlığına istinad edərək hakimiyyəti sərt tənqid edən, sosial şəbəkələrdə, xüsuilə Facebook-da tənqidi yazılar yazan və virtual etiraz aksiyaları təşkil edən gənc fəallar Bəxtiyar Hacıyev və Cabbar Savalanlı müvafiq olaraq 2 il və 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Müxalif mövqeyinə görə Şahin Həsənli də saxta ittihamlarla 2 il müddətinə həbsə atılıb.
2011-ci il yanvarın 2-də Youtube-da yerləşdirilən tənqidi çıxışına görə Azərbaycan İslam Partiyasının sədri və daha 6 dindar 10 ildən 12 ilədək həbs cəzası alıblar.
Təzyiqlər hüquq müdafiəçilərindən də yan keçməyib. Hüquq müdafiəçisi Vidadi İsgəndərov 2010-cu ilin noyabrında keçirilən parlament seçkilərindən 6 ay sonra həbs edilib və 3 il müddətinə azadlıqdan məhrum edilib. Avqust ayında hüquq müdafiəçisi Leyla Yunusun rəhbəri olduğu Sülh və Demokratiya İnstitutunun və daha 2 QHT-nin (Qadın Krizis Mərkəzi və Minalar Əleyhinə Kampaniya) yerləşdiyi ofis məhkəmə qərarı olmadan sökülüb.
“Eurovision” mahnı müsabiqəsi ilə bağlı insanların mülkiyyət hüquqlarına hörmət edilmədən mənzilləri sökülməkdə davam edir. Bayraq Meydanı deyilən ərazidə və digər yerlərdə demək olar ki, hər gün evlər məhkəmə qərarı olmadan və zəruri kompensasiya ödənilmədən sökülür.
Amnesty İnternational təşkilatı həbs edilənlərdən artıq 4-ü vicdan məhbusu kimi tanıyıb, digərlərinin isə işini araşdırır. Avropa Birliyinin xarici işlər naziri Ketrin Eşton 12 oktyabr 2011-ci il tarixdə bəyanat verərək 2 aprel mitinqində iştirak edən şəxslərin azadlıqdan məhrum edilməsindən narahatlığını ifadə edib.
Onu da qeyd etməliyik ki, pozuntular Avropa Yayım Birliyinin 31 avqust 2011-ci ildə yaydığı bəyanatdan sonra baş verib.
Biz Avropa Yayım Birliyindən adları çəkilən şəxslərin azadlığa buraxılması, müsabiqədən əvvəl Azərbaycanın öz vətəndaşlarının Avropa Konvensiyasına uyğun olaraq söz, ifadə və sərbəst toplaşmaq azadlıqlarının, mülkiyyət hüquqlarının təmin edilməsi üçün Azərbaycan hakimiyyətinə çağırış etməyi xahiş edirik”.
Müraciəti Anar Məmmədli (Siyasi Azadlıqları Müdafiə Alyansının koordinatoru), Emin Hüseynov (Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru), Leyla Yunus (Sülh və Demokratiya İnstitutunun rəhbəri) və Rəsul Cəfərov (İnsan Hüquqları Klubunun koordinatoru) imzalayıblar.

“Xural” qəzeti,

il 9, sayı: 065 (475), 20 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button