Arvadını avtobusda öldürən ərə 18 il 6 ay iş istəndi

111681_res_01

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən 1962-ci il təvəllüdlü Namiq Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Xural.com Virtualaz.org-a istinadən verdiyi xəbərə görə, prosesə hakim Mayl Bayramov sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək Namiq Məmmədovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi oktyabrın 5-ə kimi təxirə salınıb.

Qeyd edək ki, hadisə bu ilin aprel ayının 8-də gecə saatlarında baş verib. Xırdalan-Bakı xətti üzrə hərəkət edən 135 saylı sərnişin avtobusunda N.Məmmədov aralarında yaranan münaqişə zəminində həyat yoldaşı F.Şəfiyevanı bıçaqlayaraq qətlə yetirib. F.Şəfiyeva ağır bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda ölüb.

N.Məmmədov Yasamal Rayon Polis İdarəsinə gələrək törətdiyi cinayət əməlini etiraf edib. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button