Arzu Abdullayeva beynəlxalq nüfuzlu mükafata layiq görülüb

“Biz insan hüquqları sahəsində irəliləmək təşəbbüsünü öz üzərinə götürən bu iki görkəmli liderin səylərini qeyd etməkdən  qürur duyuruq”

Helsinki Vətəndaş Assambleyası Milli Komitəsinin sədri Arzu Abdullayeva və “Moskva Helsinki Qrupu” regional ictimai təşkilatının inkişaf üzrə direktoru Andrey Yurov Helsinki prinsiplərinə töhfəyə görə Niderland Helsinki Komitəsinin mükafatına layiq görülüblər.

A.Abdullayeva bu mükafata yubadılmış Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı tərəflər arasında inam yaradılmasındakı mühüm səylərinə, həmçinin Azərbaycanda insan hüquqlarının müdafiəsinə yardımına  görə layiq görülüb.

A.Yurov Gürcüstan, Qırğızıstan və Ukraynada insan hüquqlarının kobud pozulması faktlarını müşahidə missiyasına və həmrəylik kampaniyasına görə təltif edilib.

“Biz insan hüquqları sahəsində irəliləmək təşəbbüsünü öz üzərinə götürən bu iki görkəmli liderin səylərini qeyd etməkdən  qürur duyuruq”, – Niderland Helsinki Komitəsinin bəyanatında deyilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button