“ASAN xidmət” pullu tərcümə xidməti təklif edir

asan xidmet

Artıq vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən evdən, işdən və ya internet olan istənilən məkandan sənədlərini tercume.asan.az internet səhifəsi vasitəsilə göndərərək tərcümə xidmətindən yararlana biləcəklər.

Xural.com xəbər verir ki, bu barədə azertag.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Tərcümə olunacaq sənədin şəkli və ya hər hansı formada elektron variantı saytda müvafiq xanaya yüklənilir, sənədin tərcümə olunacağı dil seçilir və kuryer xidmətindən istifadə edilib-edilməyəcəyi qeyd olunur.

Əgər vətəndaş kuryer xidmətini seçməyibsə, o zaman sənədi hansı “ASAN xidmət” mərkəzindən götürmək istədiyini qeyd edir. Kuryer xidməti seçildiyi təqdirdə isə hazır sənəd vətəndaşın ünvanına çatdırılır.

Sənəd qəbul olunub baxıldıqdan sonra tərcümənin vaxtı və ödəniləcək məbləğ haqqında məlumat vətəndaşa elektron poçt vasitəsilə göndərilir.

Vətəndaş onlayn ödəniş etdikdən sonra sənəd tərcümə edilməyə başlanılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button