Aşıq Vüqar Mahmudoğlu vəfat etdi

Aşıq Vüqar Mahmudoğlu vəfat edib. Aşığın qardaşı, jurnalist Anar Niftəliyev bildirib ki, aşıq Vüqar Mahmudoğlu ürək xəstəliyindən əziyyət çəkirdi: “Axşam saat 3-də dünyasını dəyişib. Bir neçə gün əvvəl infarkt keçirmişdi, reanimasiyada yatırdı, bütün cəhdlərə baxmayaraq, onu xilas etmək mümkün olmadı. Vüqarı Şamaxıda dəfn edəcəyik. Yas yeri və vida mərasimi Müşfiqabad qəsəbəsində olacaq”.
Qeyd edək ki, Aşıq Vüqar Mahmudoğlu 1970-ci il noyabrın 3-də Şamaxıda doğulub. Şirvan aşıq sənətinin məşhur ustadlarından olan Aşıq Mahmud Ələsgəroğlunun ilk övladıdır.

APA

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button