Asiya İnkişaf Bankından bədbin proqnoz: “Asiyada iqtisadi inkişaf tempi zəifləyəcək”

Asiya İnkişaf Bankının (AİB) proqnozlarına əsasən, cari ildə Çin iqtisadiyyatında baş verən mənfi tendensiyalarla bağlı bütünlüklə Asiya-Sakit okean regionunda iqtisadi inkişaf tempi zəifləyəcək.

Bankın martın 30-da dərc etdiyi proqnozlara əsasən, regional iqtisadiyyat 2016-cı ildə cəmi 5,7 faiz artacaq ki, bu da ötən illə müqayisədə 0,2 faiz azdır. Regiona ümumilikdə 45 ölkə və ərazi daxildir və onların əksəriyyəti nə Avstraliya, nə də Yaponiya kimi inkişaf etmiş ölkələr deyillər.

AİB-də əmindirlər, ixracın və investisiyaların azalması təsdiq edir ki, Çin iqtisadiyyatı inkişaf tempini itirir. Bankın proqnozlarına əsasən, Çində illik inkişaf göstəricisi ötənilki 6,5 faizdən 0,4 faiz aşağı olacaq.

Bu fonda ABŞ, Yaponiya və digər ölkələrdə zəif iqtisadi dirçəliş vəziyyətə çox da güclü təsir göstərə bilməyəcək.

Azertag.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button