AŞPA Azərbaycanın öhdəliklərini bir daha saf-çürük edəcək

11.06.2013AŞPA

İyunun 11-də  Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt (İspaniya) və Cozef Debono Qrexin (Malta) Bakıya rəsmi səfəri başlayıb.

Avropa Şurasındakı mənbələr Turan-a bildiriblər ki, məruzəçilər parlamentin spikeri Oqtay Əsədov, DİN, Ədliyyə Nazirliyi rəhbərləri, parlamentdə təmsil olunan partiya liderləri ilə görüşəcəklər. Onlar AŞPA-nın Azərbaycan üzrə qətnamələrinin və ölkənin AŞ qarşısında götürdüyü öhdəliklərin reallaşması ilə tanış olacaqlar.

İyunun 13-də axşam məruzəçilər səfərin yekunları ilə bağlı mətbuat konfransı keçirəcəklər.

Yanvarın 23-də AŞPA Azərbaycanın AŞ qarşısında öhdəliklərini yerinə yetirməsi ilə bağlı qətnamə qəbul edib. Qətnamə Aqramunt və Qrexin məruzəsi əsasında hazırlanıb. Sənəddə Azərbaycan hakimiyyəti toplaşma və ifadə azadlığına əməl etməyə, QHT-lərin qeydiyyatına və fəaliyyətinə olan maneələri aradan qaldırmağa, beynəlxalq QHT-lərin qeydiyyatı prosedurunu sadələşdirməyə, ehtimal olunan siyasi məhbuslar problemini həll etməyə çağırılır

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button