AŞPA-dan “siyasi məhbus” qətnaməsi

aspa140 deputat lehinə, 13-ü əleyhinə olmaqla Azərbaycanla bağlı qətnamə qəbul olundu

 
“Biz heç bir izahatla Azərbaycanda insan haqlarının pozulmasına bəraət verə bilmərik. Azərbaycan hakimiyyəti bizim dəyərlərə hörmət etməyə borcludur”
Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda demokratik institutların fəaliyyəti ilə bağlı gözlənilən müzakirə başlayıb. Müzakirəyə AŞPA sədri Brassör rəhbərlik edib.

İclas başa çatıb. Siyasi məhbusların adları əlavə olunan qətnamə, tam şəkildə, ağırlaşdırıcı əlavələrlə qəbul edilib. 140 parlamentari qətnamənin leyhinə, 13-ü isə əleyhinə səs verib.

***

İlk çıxışçı Azərbaycan üzrə məruzəçi  Pedro Aqramuntdur. O, müzakirələrə çox vaxt qalsın deyə, qısa çıxış edəcəyini bildirib və hazırladıqları hesabatın təsirlərdən kənar, obyektiv olduğunu bildirib:

“Müzakirəyə vaxt qalması üçün qısa danışacam. Hesabatı hər hansı təsirdən kənar hazırlamağa çalışmışıq. Çalışmışıq həqiqəti obyektiv təsvir edək. Fikrimizi dəyişməyimiz üçün bizə qarşı çox təsirlər olub, o cümlədən hakimiyyət tərəfdən”.

Digər məruzəçi İvinski isə çıxışında Azərbəycan ərazilərinin 20 ilden çox işğalda olduğuna toxunub və deyib ki, bu konflikt ölkədə başqa problemlərə də təsir edir. İvinski, hesabatın hazırlanması prosesində Bakıda keçirdikləri görüşləri və iki cəzaçəkmə müəssisəsində olduqlarını qeyd edib:
“Noyabrda Azərbaycanda parlament seçkiləri keçiriləcək. Hesabatda biz bu dilemmaya cavab tapmağa çalışmışıq-sabitlikmi, insan haqlarımı?”
Çıxışılar Azərbaycanda insan haqlarının pozulmasını, vətəndaş cəmiyyəti nümayəndələri, hüquq müdafiəçilərinin həbs olunduğunu, AŞ dəyərlərinin pozduğunu vurğulayırlar
Çıxışçılardan biri Azərbaycanda nümayəndə heyətinə çağırış edib ki, inkar və göz yummaqla vəziyyəti dəyişmək mümkün deyil, mərdi-mərdanə problemlərin həllinə çalışmaq lazımdır.
Bunu deyən deputat, Leyla Yunusun türmədə ölüm təhlükəsi ilə üzləşdiyi, onun qızının onlardan kömək gözlədiyini bildirib.
Çıxış edən başqa bir parlamentari isə qeyd edib ki, Azərbaycanda vəziyyət despotizmə aparıb çıxara bilər və bu AŞ-nın prinsiplərinə ziddir. Azərbaycanda  KİV tamamilə hakimiyyətin nəzarətindədir, vətəndaş cəmiyyəti dağıdılıb, ictimai fəaliyyət faktiki qadağandır.
Digər çıxışçı isə ATƏT- in Bakıda ofisinin qapadılmasını neqativ hadisə kimi vurğuladı.
Almaniyalı parlamentari də Azərbaycan hakimiyyətinin insan haqlarına münasibətini tənqid edib:
“Azərbaycan gözəl ölkədir, məğrur xalqı var. Amma hökumət bizim insan haqları ilə bağlı dəyərlərimizə heç bir hörmət qoymur. Biz heç bir izahatla Azərbaycanda insan haqlarının pozulmasına bəraət verə bilmərik. Azərbaycan hakimiyyəti bizim dəyərlərə hörmət etməyə borcludur”.
Digər parlamentari isə daha sərt danışıb. O, Azərbaycanda Azad və ədalətli seçkilərin keçirilmədiyini, hazırkı ölkə başçısının hakimiyyəti atasından təhvil aldığını bildirib:
“Azərbaycanda azad seçki yoxdur. Huquq müdafiəçiləri, söz azadlığı basqı altındadır. İndiki ölkə başçısı hakimiyyəti atasından təhvil alıb və mütləq hakimiyyətə malikdir. Azərbaycanda sabitliyin həqiqi təminatı demokratiyanın bərqərar olması ola bilər”.
Növbəti çıxışçı isə Azərbaycanda prezident hakimiyyətinin çox güclü olmasının yaxşı hal olmamasından danışıb:
“Parlament hakimiyyətinin rolu artırılmalıdır, o cümlədən icra hakimiyyətinə nəzarət baxımından. Bu, demokratiyanın inkişafına təkan verərdi”.
Azərbaycan nümayəndə heyətinin üzvü Rəfael Hüseynov isə Azərbaycanın inkişaf etdiyini vurğulayıb və səslənən tənqid və iradları Aəzrbayanı yolundan döndərmə cəhdi kimi dəyərləndirib:
“Azərbaycan geosiyasi maraqların kəsişməsində yerləşir, çiçəklənib inkişaf edir. Bəziləri ölkəmizi öz təsirlərinə salmaq, müstəqil siyasətindən çəkindirmək istəyir. Avropa oyunlarının məhz  Azərbaycanda keçirilməsi inkişafın nümunəsidir və bundan qürur duyuruq”.
Növbəti çıxışçı da Azərbaycanda siyasi məhbus məsələsinə toxunub və nümunə kimi  Leyla Yunusun adını çoxsaylı siyasi məhbuslardan biri kimi qeyd edib:
“Leyla Yunus siyasi məhbusların siyahısını hazırlamışdı, indi özü və həyat yoldaşı da o siyahıdadır ve siyahı getdikcə genişlənir. AŞPA təzyiqləri artırmalıdır ki, Azərbaycan hakimiyyəti üzərinə götürdüyü öhdəlikləri icra etsin”.
Avropa Şurası Parlament Assambleyasındakı dinləmələrə həbsdə olan hüquq müdafiəçiləri Leyla və Arif Yunusların qızı Dinara Yunus da qatılıb.
Norveçli deputat Lise Christoffersen:
“Kimsə Azərbaycanı Avropa Şurasına üzv olmağa məcbur etməyib. Söhbət təkcə hüquq müdafiəçisi, jurnalistlərin həbsindən yox, həm də onların sağlamlığından gedir. Mən bilmək istəyirəm ki, Azərbaycan Avropa Şurasına niyə üzv olub?”
Almaniyalı deputat Marieluise Beck:
“Burda söhbət Azərbaycanda siyasi məhbusun olub-olmamasından və ya neçə nəfər olmasından getmir. Əsas müzakirə mövzusu odur ki, Azərbaycan iqtidarı vətəndaş cəmiyyətindən qorxur, onları həbs edir. Çalışmalıyıq ki, Rusiyadakı Maqnistki hadisəsi təkrarlanmasın. Leyla və Arif Yunusları da eyni aqibət gözləyə bilər.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button