ATƏT PA:“Qarabağda hərbi əməliyyatları dayandırılmaq lazımdır”

ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) prezidenti İlkka Kanerva və ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Dağlıq Qarabağda qarşıdurmaların gərginləşməsiylə əlaqədar narahatlığını bildirib və tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa çağırıblar.

Bu barədə ATƏT PA nümayəndələrinin birgə bəyanatında deyilir.

“Bu hərbi əməliyyatlar dayandırılmalıdır. Dağlıq Qarabağ münaqişəsi uzun illərdir xeyli sayda insanın həyatını itirməsi ilə nəticələnir. Hər iki tərəfi dərhal atəşi dayandırmağa və vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün maksimum təmkinli olmağa çağırırıq”, – bəyanatda deyilir.

Bəyanatda həmçinin prezidenti və xüsusi nümayəndənin münaqişənin sülh yolu ilə həllini tapması üçün ATƏT-in Minsk qrupunun səylərini tam dəstəklədiyi qeyd olunur.

Report.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button