ATƏT PA-nın 22-ci yay sessiyası İstanbulda keçiriləcək

загруженное (1)28.06.2013 

ATƏT Parlament Assambleyasının (PA) 22-ci yay sessiyası İstanbulda keçiriləcək.
Tədbirdə Azərbaycanı Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputat qrupu təmsil edəcək.

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, nümayəndə heyətinə parlamentin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, deputatlar Azay Quliyev və Ağalar Vəliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev daxildir.

Sessiya çərçivəsində ATƏT PA-nın Daimi komitəsinin, Təhlükəsizlik və siyasi məsələlər, İqtisadi məsələlər, Elm, texnika və ətraf mühit, Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitələrinin iclasları keçiriləcək.

Plenar iclaslarda və Türkiyə Böyük Millət Məclisinin təşkilatçılığı ilə keçiriləcək digər tədbirlərdə ATƏT PA-nın üzvləri arasında dialoqun və əməkdaşlığın dərinləşməsi, dünyada irqçilik, ksenofobiya və dözümsüzlük problemləri müzakirə olunacaq, gender məsələlərinə toxunulacaq.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button