ATƏT Parlament Assambleyasının qış sessiyası keçiriləcək

05.02.2012 

 Fevralın 23-24-də Vyanada ATƏT Parlament Assambleyasının (PA) XI qış sessiyası keçiriləcək.
Sessiyanın açılışında ATƏT PA-nın prezidenti Petros Eftimiu, ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor və Avstriya parlamentinin sədri Barbara Prammer iştirak edəcəklər.
Qış sessiyasında daimi, siyasi məsələlər və təhlükəsizlik, demokratiya və insan hüquqları, iqtisadi məsələlər, elm və ətraf mühit komitələrinin iclaslarının keçirilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, sonuncu üç komitənin birləşmiş iclası keçiriləcək.

Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edəcəkdir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button