Atatürk hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib

Atatürk hava limanı

Brüsseldə baş vermiş hadisələrlə əlaqədar İstanbulun Atatürk aeroportunda gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq olunub.

Report.az-ın Anadolu agentliyinə istinadən xəbər verir ki, hava limanında bütün sərnişinlərin əsaslı şəkildə yoxlanması, baqaj və əl çantalarına indiyədək baxış olsa da, bu iş daha da gücləndirilib. Aeroportun ərazisinin yoxlanışı aparılır, hava limanına daxil olan və çıxan sərnişinlər üzərində nəzarət gücləndirilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button