ATU-da Dünya Böyrək Gününə həsr olunmuş konfrans keçiriləcək

rrr

Martın 10-da Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Dünya Böyrək Günü ilə əlaqədar elmi-praktiki konfrans keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, konfransda son illərdə bu sahədə aparılmış işlərlə bağlı hesabat təqdim olunacaq, elmi məruzələr dinləniləcək. Konfransa Bakı şəhərinin və respublikanın bütün hemodializ şöbələrinin əməkdaşları, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nefrologiya kafedrasının əməkdaşları, terapevtlər, nefroloqlar, transplantoloqlar, həmçinin bu sahə ilə maraqlanan bütün mütəxəssislər dəvət olunublar.

Hər il mart ayının ikinci həftəsinin dördüncü günü bütün dünyada Dünya Böyrək Günü kimi qeyd olunur. Dünya əhalisinin təxminən 10 faizi xroniki böyrək xəstəliklərindən əziyyət çəkir və hər il milyonlarla insan bu xəstəliklərin fəsadlarından tələf olur. Dünya Böyrək Gününün keçirilməsində məqsəd anadangəlmə və qazanılmış böyrək xəstəliklərinin profilaktikası və vaxtında düzgün müalicəsinə diqqəti artırmaq, həmçinin xroniki böyrək çatışmazlığına səbəb ola bilən digər xəstəliklərin (şəkərli diabet, arterial hipertenziya və s.) müalicəsi ilə məşğul olan mütəxəssislərlə birgə əməkdaşlığı daha da inkişaf etdirmək, əhali arasında təbliğat işlərini gücləndirməkdən ibarətdir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button