ATU tələbələri İİV infeksiyasından yoxlandılar

g

Azərbaycan Tibb Universitetində (ATU) “QİÇS-lə mübarizə” adlı aksiya keçirilib. Respublika QİÇS Mərkəzi ilə ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə baş tutan aksiyanın məqsədi gənc tələbələri bu xəstəlik barədə məlumatlandırmaqdır.

Kampaniya çərçivəsində ATU-da İmmun Çatışmazlığı Virusuna (IIV)  səbəb olan xəstəliklə  bağlı  müayinə  məntəqəsi təşkil olunub. Burada universitetin 450-yə yaxın tələbəsi IIV virusundan yoxlanmaq üçün ekspress testdən keçib. Hər kəsə 15-20 dəqiqə ərzində İİV infeksiya daşıyıcısı olub-olmadığı barədə test cavabları təqdim olunub.

Səhiyyə Nazirliyi Respublika QİÇS Mərkəzi bənzər aksiyanı Bakı və regionlarda yerləşən ali təhsil ocaqlarında, ticarət mərkəzlərində, avtovağzallarda, dövlət və özər sektor müəssisələrində və digər obyektlərdə keçirir. Kampaniya profilaktik və maarifləndirmə məqsədi daşıyır.

gg g ggg

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button