Avropa azərbaycanlılar üçün Şenqen vizasının qaydalarını dəyişdirdi

senqen29.04.2015

Bu il iyunun 23-dən Şərq Tərəfdaşlığı ölkələrinin (Ukrayna, Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova) , Şengen ölkələrinə viza informasiya sistemi fəaliyyətə (VIS) başlayacaq.

VIS uyğun olaraq,  Şengen vizası almaq üçün müraciət edənlərdən barmaq izləri və digital fotoşəkil tələb olunacaq.

Biometrik məlumatlar 59 ay müddətində VIS-də saxlanılacaq və bu müddət ərzində viza üçün müraciət edilərkən bu məlumatlardan istifadə olunacaq. Göstərilən müddətin tamamında ərizəçi biometrik məlumatları yenidən təqdim edəcək.

Ilk dəfə viza üçün müraciət zamanı ərizəçi şəxsən konsulluğa gəlməli və barmaq izlərini təqdim etməlidir. Bu prosedura yalnız 12 yaşınadək olan uşaqlar qo.ulmayacaqlar. Onlar barmaq izlərini verməkdən azaddırlar. Monarxlar, keşişlər, mollalar, dövlət başçıları, onların xanımları, rəsmi diplomatik səfərlərə qatılan nümayəndə heyətinin üzvləri də barmaq izlərini verməyə bilərlər.

İyunun 23-dək verilən şengen vizaları, onların müddəti bitənəcən qüvvədə qalacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button