Avropa Hərəkatı 2017-ci ili niyə “Həmrəylik ili” elan etdi?

Dünya bazarında neftin qiymətinin düşməsi, baş verən qlobal proseslər nəticəsində inkişaf etməkdə olan ölkələr, o cümlədən vətənimiz Azərbaycan iqtisadi çətinliklər yaşamaqdadır. Vətəndaşların psixoloji depressiyası İqtisadi çətinliyin böhrana çevrilməsinə səbəb olur. İslahatlara keçid dönəmi, xüsusən, iqtisadi yerdəyişmələr insanlara qorxulu yenilik kimi görünür. Bu məqamda maarifləndirmə və pozitiv əhvali-ruhiyyə yaratma tədbirləri olduqca vacibdi. Bu səbəbdən də biz Azərbaycan Avropa Hərəkatı olaraq hesab edirik ki, hazırkı durumdan çıxış üçün vətəndaş – dövlət həmrəyliyinə böyük ehtiyac var. Buna nail olmaq üçün 2017-ci ili Həmrəylik ili elan edir və il boyu bu istiqamətdə işlər görməyi düşünürük:
1. Vətəndaşlarda pozitiv əhvalı artırmaq üçün ilboyu tədbirlər keçirmək.
2. Dünyada yaşayan azərbaycanlıları milli məsələlər uğrunda proseslərə cəlb etmək.
3. Dövlət tərəfindən həyata keçirilən islahatların düzgün izahını vermək üçün maarifləndirmə işləri həyata keçirmək.
4. Beynəlxalq qurumlar qarşısında Azərbaycan həqiqətlərini qaldırmaq.
5. İş adamlarını stimullaşdırmaq və ölkəyə investisiya cəlbinə nail olmaq.
6. Vətəndaş Cəmiyyəti İnstitutlarının vətəndaşlar arasında aparılacaq təbliğat prosesinə cəlb etmək.
7. Bütün tərəflərin barış içində olması və dialoq müstəvisində danışması üçün təşəbbüslər göstərmək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button