Avropa İttifaqı ilə Türkiyə arasında viza rejimi iyulun 1-dən ləğv olunacaq

avropa turk

Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında viza rejiminin aradan qaldırılmasına dair qərar bu il iyulun 1-dən qüvvəyə minəcək.

Xural.com apa.az-a istinadən xəbər verir ki,  bu barədə “Bloomberg” agentliyinə açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin adının açıqlanmasını istəməyən yüksək vəzifəli əməkdaşı bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Brüsseldə keçirilən Aİ-Türkiyə sammitindən sonra Türkiyənin baş naziri Əhməd Davudoğlu viza rejiminin iyunun sonunadək ləğv ediləcəyi barədə açıqlama vermişdi.

“İyunun sonunadək, Niderlandın sədrliyinin başa çatmasınadək, viza rejiminin ləğvi üzrə proses bitəcək”, – deyə Ə. Davudoğlu bildirmişdi.

Bununla belə, Fransa prezidenti Fransua Olland qeyd etmişdi ki, qərarın qəbul olunması Türkiyənin Aİ tərəfindən irəli sürdüyü 72 öhdəliyin yerinə yetirilməsindən asılıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button