Avropa İttifaqı ölkələri siyasi məhbuslardan birinin azadlığa buraxılmasını alqışlayır

03.03.2012 

Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyəti Aİ ölkələrinin Bakıdakı diplomatik missiyalarının rəhbərlərinin razılığı ilə bəyanatla çıxış edib. Bəyanatda 2011-ci il 2 aprel dinc etiraz aksiyasında iştiraka görə məhkum olunmuş Elşən Həsənovun azad edilməsi alqışlanır.

“Bu, əsas hüquq və azadlıqlara hörmət edilməsi məqsədilə Azərbaycanın qəbul etdiyi mühüm addımdır. Avropa İttifaqı nümayəndə heyəti ümid edir ki, bu qərar 2 aprel mitinqinin digər iştirakçılarının azadlığa buraxılmasına yardım edəcək”, – bəyanatda deyilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button