Avropa Məhkəməsi Azərbaycan hökumətinə sorğu göndərib

images16.07.2013

Emin Hüseynovun Avropa Məhkəməsinə göndərdiyi şikayət üzrə kommunikasiya başlayıb

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynovun Avropa Məhkəməsinə göndərdiyi şikayət üzrə kommunikasiya başlayıb. Bu şikayət üzrə Avropa Məhkəməsindən Azərbaycan hökumətinə sorğu göndərilib. Bu barədə Avropa Məhkəməsi məlumat yayıb.
Sözügedən şikayət 2008-ci il iyunun 14-də Bakıda kafelərdən birində Çe Gevaranın 80 illiyilə bağlı tədbir zamanı 30-a yaxın polis əməkdaşının kafeyə hücumu və bundan sonra baş verən polis zorakılığıyla bağlıdır. Polislər iştirakçılara, o cümlədən tədbirə jurnalist kimi qatılan Emin Hüseynova qarşı zor tətbiq edib, ardınca onları Nəsimi rayon 22-ci polis bölməsinə aparıblar. Bölmədə jurnalistə verilən işgəncələr nəticəsində onun vəziyyəti kəskin pisləşib və o, xəstəxanaya aparılıb. Kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya çatdırılan Emin Hüseynov dörd gün reanimasiya şöbəsində saxlanıldıqdan sonra təhlükəli vəziyyətdən çıxıb. Ümumilikdə isə iyunun 25-nə qədər xəstəxanada saxlanılıb.
Jurnalist günahkarların cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına və məhkəmələrə müraciət etsə də, nəticəsi olmayıb və bu səbəbdən iş Avropa Məhkəməsi müstəvisinə çıxıb. Emin Hüseynov Strasburqa ünvanladığı ərizədə Avropa Konvensiyasının təminat verdiyi işgəncəyə məruz qalmamaq, sərbəst toplaşmaq, ifadə azadlığı kimi hüquqlarının pozulduğunu qeyd edib.

Rəşad VAQİFOĞLU

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button