Avropa Məhkəməsi hökumətin müxalifətçilərə 78 min avro ödəməsi barədə qərar çıxartdı

Bu gün Avropa Məhkəməsi bir qrup Azərbaycan vətəndaşının şikayəti üzrə qərar çıxarıb.

Bu barədə tanınmış vəkil Əsabəli Mustafayev məlumat verib.

“Avropa Məhkəməsi müdafiə etdiyim İlham Hüseyn, Təzəxan Mirəmli, Bəhruz Həsənov, Tofiq Dadaşov, Türkel Əlisoy və Ağaverdi Ruşanovun işləri barədə qərar elan etdi”.

 Qərara əsasən bu şəxslərin qanunsuz həbsi, toplaşma azadlığının və ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusu tanınıb. Ərizəçilərin hər birinə mənəvi ziyana görə 12 000 avro, hüquqi xidmətə görə ümumilikdə 6000 avro ayrılıb. Bütövlükdə bu məbləğ cəmi 78000 avrodur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button