Avropa Məhkəməsi Natiq Cəfərli və Ceyhun Cəfərovun şikayəti üzrə kommunikasiyaya başlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi Natiq Cəfərli və Ceyhun Cəfərovun şikayətləri üzrə kommunikasiyaya başlayıb. Hər iki işdə şikayətçiləri vəkil Cavad Cavadov təmsil edir.

Cavadov “Amerikanın Səsi”nə bildirib ki, kommunikasiyaya başlayan şikayətlərdən biri ReAl Hərəkatının icra katibi Natiq Cəfərlinin 2016-ci il avqustun 12-də həbs olunması ilə bağlıdır.

Natiq Cəfərliyə qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) və 192.1 (Qanunsuz sahibkarlıq) maddələri ilə ittiham elan olunaraq həbs olunub və sonradan həbs qətimkan tədbiri ləğv edilib. Avropa Məhkəməsi şikayətin Konvensiyanın 3 (İşgəncələrin qadağan olunmas), 5 (azadlıq və toxunulmazlıq hüququ), 11 (Yığıncaq və toplaşmaq azadlığı) və 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələr üzrə qəbul edilən sayıb və hökümətə müvafiq suallar ünvanlayaraq, onların bu ilin iyul ayının 5-nə kimi cavablandırılmasını istəyib.

Digər iş 10 mart 2015-ci ildə Azərbaycan Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə təqsirləndirilərək həbs olunan Ceyhun Cəfərovun işi ilə bağlıdır. Avropa Məhkəməsi şikayətin 3 və 5-ci maddələri ilə bağlı hissədə qəbul edilən sayaraq hökmətə iyulun 6-dək cavablandırılması üçün suallar ünvanlayıb. (turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button