Avropa Oyunlarının əfsanələri Azercell-də qonaq oldular- FOTOLAR

azercell 1Paralimpiya üzrə idman ustaları şirkət əməkdaşları ilə görüş keçirdilər

Bu gün “Azercell Telekom” MMC-də çox maraqlı və səmimi görüş keçirilib. İlk Avropa Oyunlarında Azərbaycanı uğurla təmsil edən Milli Paralimpiya Komitəsinin idmançıları və rəhbərliyi şirkətdə qonaq olublar.

Azercell-in baş ofisində baş tutan görüşün əvvəlində İlk Avropa Oyunlarının Açılış Mərasimindən kadrlar, əməkdar idman ustası İlham Zəkiyevin məşəli yandırması, onun və digər paralimpiyaçılarımızın keçirdiyi oyunlar, medal mərasimlərini əks etdirən videoçarx nümayiş etdirilib. Görüşdə iştirak edən Azercell əməkdaşları qonaqları ayaq üstə, böyük coşqu ilə alqışlayıblar. Şirkətin prezidenti Vahid Mürsəliyev qonaqları salamlayaraq onları Avropa Oyunlarında qazandığı böyük nailiyyətlər münasibətilə təbrik edib.

V. Mürsəliyev bildirdi ki, oyunların bitməsinə 2 gün qaldığı bir müddətdə paralimpiyaçılarımız İlham Zəkiyev, Səbinə Abdullayeva və Zakir Müslümovun əsrarəngiz qələbəsi Avropa Oyunlarına böyük şövqlə nöqtə qoymağa imkan verdi. Azercell prezidenti hazırda Uşaq Paralimpiya Komitəsində 50 yeniyetmənin məşğul olduğunu xatırladaraq şirkətin bundan sonra da onlara dəstək olacağını bəyan etdi: “Bu, həmin uşaqların həyata ikinci vəsiqə alması deməkdir. Onların əzmkarlıq nümayiş etdirərək ayaqda dayanmasına dəstək olmaq bizim üçün çox önəmlidir və inanırıq ki, onlar hələ çox yerdə Azərbaycanda bayrağını dalğalandıracaqlar”.

Milli Paralimpiya Komitəsinin Prezidenti, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini  İlqar Rəhimov bu cür isti və səmimi qəbula görə bütün Azercell ailəsinə təşəkkürünü bildirdi: “Görürəm ki, bizim zalda keçirdiyimiz həyəcan artıq oyunların divarlarından kənara çıxıb. Azercell hələ 2008 Pekin Paralimpiya Oyunlarında paralimpiyaçıların iştirakını dəstəkləmişdi. Ümid edirəm ki, bu əməkdaşlıq davam edəcək”.İ. Rəhimov qeyd etdi ki, Avropa Oyunlarının Azərbaycanda paralimpiya hərəkatına çoxlu müsbət təsirləri olub. Məsələn, ilk dəfə olaraq idman zalları fiziki məhdudiyyətli şəxslər üçün də müyəssər olub, əlil insanlar rahatlıqla oyunlara tamaşaçı qismində qatıla biliblər. Bundan əlavə, ilk dəfə olaraq Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti tərəfindən Azərbaycanın dövlət başçısı İlham Əliyevə Ali mükafat təqdim olunub. Nazir müavini qeyd etdi ki, artıq paralimpiya üzrə dünya miqyaslı təbirlərin Bakıda keçirilməsi üçün müraciətlər edilir.

Daha sonra görüşdə iştirak edən idmançıları Azercell əməkdaşlarının suallarını cavablandırıblar. Cüdo üzrə ikiqat paralimpiya oyunları çempionu, ikiqat dünya çempionu, beşqat Avropa çempionu İlham Zəkiyev deyib ki, Açılış Mərasimində məşəl daşıyacağı barədə məlumatı düz 3 ay hər kəsdən gizlədib. Çempion titulunu qazandıqdan isə dövlət başçısından onunla kürsüyə çıxmasını xahiş edib: “Onda möhtərəm prezidentin qulağına dedim ki, cənab Ali baş komandan, əsgər Zəkiyev  döyüş tapşırığını yerinə yetirdi. Çünki mən qızıl medal almağa söz vermişdim”.

Cüdo üzrə ikiqat dünya çempionu, üçqat gümüş medalçı və Bakı 2015 Avropa Oyunlarının gümüş medal mükafatçısı Səbinə Abdullayeva bu idman növünü seçməyinin tarixindən söz açıb.

Görüşün sonunda idmançılara Azercell-dən hədiyyələr və gül dəstələri təqdim olunub, xatirə fotosu çəkilib.

Görüşdə cüdo idman növü üzrə Bakı 2015 Avropa Oyunlarının bürünc medal mükafatçısı Zakir Müslümov, Milli Paralimpiya Komitəsinin birinci Vitse-Prezidenti və Uşaq Paralimpiya Komitəsinin İdarə Heyətinin Sədri Natiq Qasımov, Milli Paralimpiya Komitəsinin Baş Katibi Afiq Süleymanov,Uşaq Paralimpiya Komitəsinin İcraçı Direktoru, Kamal Məmmədov, Milli Paralimpiya Komitəsinin Baş məşqçisi (Cüdo) İbrahim İbrahimov da iştirak ediblər.

Qeyd edək ki, 2014-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycanda Uşaq Paralimpiya Komitəsi yaradılıb. “Azercell Telekom” MMC-nin  dəstək göstərdiyi komitə hazırda 50-yə yaxın uşağı öz ətrafında birləşdirir.

azercell 1 azercell 2

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button