“Avropa oyunlarının təhlükəsizliyi təmin olunacaq”

ramil usubovDaxili işlər naziri: “İlk Avropa Oyunlarının yüksək təhlükəsizlik şəraitində keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb”

“Bir həftə sonra keçiriləcək ilk Avropa Oyunları ilə bağlı Daxili İşlər Nazirliyinin 25 mindən çox əməkdaşı və hərbi qulluqçu ictimai qaydanın nümunəvi qorunması və ictimai təhlükəsizliyin etibarlı təmini işinə cəlb edilib”.

 xural.com  apa.az-a istinadən xəbər verir ki, bunu bu gün Daxili İşlər Nazirliyində keçirilən Kollegiya iclasında daxili işlər naziri Ramil Usubov bildirib.

Daxili işlər naziri ilk Avropa Oyunlarının yüksək təhlükəsizlik və əmin-amanlıq şəraitində keçirilməsi üçün digər hüquq-mühafizə və təhlükəsizlik orqanları ilə birlikdə bütün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb, hər bir əməkdaşdan üzərinə düşən məsuliyyəti dərindən dərk edərək əsl vətəndaş mövqeyi və fədakarlıq göstərilməsini tələb edib.

R. Usubov  bu oyunların Azərbaycanın dünyada daha yaxından tanıdılması, ölkəmiz barədə həqiqətlərin beynəlxalq aləmdə daha çox yayılması, öyrənilməsi və ölkəmizin milli maraqları baxımından unikal bir imkan olduğunu vurğulayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button