Avropa Parlamentinə Azərbaycanda seçkilərə müşahidəçi göndərmək çağırışı

Avropa Parlamenti23.07.2013

Avropa ittifaqı (Aİ)  “Şərq Tərəfdaşlığı” proqramının Vətəndaş Cəmiyyəti Forumunun Daimi Komitəsinin sədri Kristof Bobinski Avropa Parlamentinin (AP) siyasi fraksiyalarının rəhbərlərinə Azərbaycanda prezident seçkilərinə AP monitorinq qrupu göndərmək çağırışı ilə müraciət edib. Bu barədə Turan-a “Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumunun üzvü Anar Məmmədli bildirib.

Bobinskinin müraciətində beynəlxalq müşahidəçilərin seçkilər zamanı pozuntuların qarşısının alınmasında mühüm rolu qeyd edilir. Digər tərəfdən, AP monitorinq qrupunun göndərilməsi Azərbaycanda yerli müşahidəçilərə dəstək olardı.

Bir müddət əvvəl, iyulun 13-də AP Demokratiyaya dəstək və seçkilərin əlaqələndirilməsi qrupu Azərbaycanda seçkilərin monitorinqi məsələsini gündəlikdən çıxarıb. Lakin bu məsələ üzrə yekun qərar sentyabrın 5-də AP Prezident Konfransında qəbul ediləcək.

Bobinski qeyd edir ki, AP-dən müşahidəçi göndərməmək qərarı Azərbaycanda vətəndaş cəmiyyətinin narazılığına səbəb olub. Eyni zamanda, bu qərar hakimiyyət tərəfindən sevinclə qarşılanıb, o, bunu “Azərbaycanda demokratik tərəqqi ilə əlaqədar seçkilərin monitorinqinə ehtiyac olmaması” kimi təfsir edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button