Avropa Parlamentində Qarabağ müzakirələri başlanır
Avropa Parlamentində bu gün Dağlıq Qarabağdakı vəziyyətlə bağlı müzakirələr keçiriləcək.
Strateq.az bildirir ki, Avropa İttifaqının komissarı Federika Mogerini plenar sessiyada Qarabağ ətrafında vəziyyətlə bağlı çıxış edəcək. Bundan əlavə çıxış üçün 15 avropalı deputat da yazılıb.
Müzakirələr Brüssel vaxtı ilə 7.40-da (Bakı vaxtı ilə 10.40) başlanacaq.