Avropa Parlamentinin Liberallar Qrupu Ramil Səfərovla bağlı qətnaməyə qarşı çıxdı

13.09.2012

Bu gün Avropa Parlamentinin plenar sessiyasında azərbaycanlı zabit Ramil Səfərovla bağlı təcili qətnamə müzakirəyə çıxarılacaq. AzərTAc-ın məlumatına görə, sessiya ərəfəsində Avropa Parlamentinin liberallar qrupunun daxili iclası keçirilib.

Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov deyib ki, sentyabrın 11-də keçirilmiş iclasda Avropa Parlamentinin rumıniyalı deputatı Norika Nikolay Liberallar Qrupuna Ramil Səfərovla bağlı qətnamə layihəsini imzalamamağı təklif edib: “Təklif qəbul olunub. Liberallar hesab edirlər ki, qətnamə qeyri-obyektivdir və sənədin heç bir hüquqi əsası yoxdur, Avropa Parlamenti Prosedur Qaydalarının 122-ci bəndindəki Təcili Qətnamələr adlı tələbə uyğun gəlmir və münaqişə tərəfləri arasında müharibəyə aparan hal kimi qəbul edilə bilər”.

Azərbaycan ordusunun zabiti Ramil Səfərov 2004-cü ildə Macarıstan paytaxtı Budapeştdə erməni zabit Qurgen Markaryanı öldürməkdə təqsirli bilinərək tutulub. Məhkəmə Ramil Səfərovu ömürlük həbsə məhkum edib. 2012-ci il avqustun 31-də Ramil Səfərov Azərbaycana təhvil verilib. Elə həmin gün Azərbaycana gətirilən zabit prezident İlham Əliyevin sərəncamı ilə əfv olunub və azadlığa çıxı

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button