Avropa Şurasının həmməruzəçisi həbsdə olan jurnalistlə görüşdü

Xədicə İsmayılova
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak qadın koloniyasında Xədicə İsmayıla görüşüb.

Stefan Şennak aprelin 6-dan 8-nə kimi Azərbaycanda səfərdə olub.

O, Azərbaycan prezidenti, parlamentin spikeri, Konstitusiya Məhkəməsinin sədri, baş prokuror, ombudsman, ədliyyə naziri, Mərkəzi Seçki Komissiyasının sədri və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər keçirib.

Hazırda həbsdə olan Azadlıq Radiosunun əməkdaşı X.İsmayıla baş çəkməsi haqda məlumatı da səfərin yekunları ilə bağlı qurumun saytında yer alan bəyanatında qeyd edib.

O, bu yaxınlarda azadlığa buraxılan İntiqam Əliyev, Tofiq Yaqublu, Rəşadət Axundov , Leyla və Arif Yunusla da görüşüb.

S.Şennak 2015-ci ilin dekabrında polşalı deputat Tadeuş İvinskinin yerinə Azərbaycan üzrə həmmərizəçi təyin edilib.

X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək 7 il yarım azadlıqdan məhrum edilib.

Hazırkı apellyasiya şikayətində müdafiə tərəfi cinayət işinə xitam verilməsini, jurnalistin azadlığa buraxılmasını istəyir. Xədicə İsmayıl ittihamları rədd edir, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir.

«Amnesty International» Xədicə İsmayılı «vicdan məhbusu» elan edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button