Avtobus qəzasında xəsarət alan şəxslərin adları açıqlandı

av08.07.2013

Bakıda baş verən avtobus qəzasında xəsarət alan şəxslərin adları açıqlanıb. Müraciət edən xəstələrin 14-nə ilkin tibbi yardım göstərdikdən sonra evə buraxılıb. 

3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, qəza zamanı, 2000-ci il təvəllüdlü Sahib Teyyub oğlu Əliyev, 2010-cu il təvəllüdlü Zeynəb Arif qızı İsmayılzadə, 2000-ci il təvəllüdlü Ramiz Fərhad oğlu Ocaqverdiyev, 1958-ci il təvəllüdlü Bəylər İlyas oğlu Nəsibov, 1978-ci il təvəllüdlü Elnarə Səfər qızı İsmayılova, 1934-cü il təvəllüdlü Ofeliya Əsəd qızı Babayeva, 1981-ci il təvəllüdlü Sevinc Faiq qızı Qəmbərova, 1967-ci il təvəllüdlü Rühanə Həmdiyyə qızı Məmmədova, 1968-ci il təvəllüdlü Roza Rəsixan qızı Heydərova, 1989-cu il təvəllüdlü İlahə Rafiq qızı Əliyeva, 1971-ci təvəllüdlü Nigar Sakit qızı Salayeva, 1966-cı il təvəllüdlü İrvəqan Əli qızı Kərimova, 1960-cı il təvəllüdlü Gülçöhrə Əli qızı Süleymanova, 1986-cı il təvəllüdlü Bayram Qulu oğlu Rəşadov, 1986-cı il təvəllüdlü Əziz Ağabəy oğlu Kələşov xəstəxanaya xəsarətlə müraciət ediblər.

Xəstəxanadan həmçinin bildirilib ki, müraciət edən xəstələrin 14-nə ilkin tibbi yardım göstərdikdən sonra evə buraxılıb. Yalnız bir nəfər G. Süleymanova xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button