AzTV-ni qalibiyyətlərilə təbliğ etdikləri üçün işdən qovuldular- FOTOLAR

vusale_120515_2 - копияAvtomobil uddu, işdən qovuldu 

AzTV-nin tanınmış aparıcısı Vüsalə Səid və həyat yoldaşı Namiq Hüseynov müsabiqədə qalib gəldikləri üçün şirkətin sədri Arif Alışanov tərəfindən cəzalandırıldılar

Türkiyənin məşhur “Ben bilmem, eşim bilir” (Kanal D) müsabiqəsinin qalibi AzTV telekanalının aparıcısı Vüsalə Səid və həyat yoldaşı Namiq Hüseynov  olublar.

Onlar mükafat kimi avtomobil qazanıblar. Lakin xoşbəxt cütlüyün bu nailiyyəti AzTV rəhbərliyi tərəfindən yaxşı qarşılanmayıb. Dövlət kanalının sədri Arif Alışanov cütlüyü cəzalandırmaq qərarına gəlib və onlardan işdən çıxması üçün ərizə də alıblar. A.Alışanov bu addımının hansı prinsip və qaydalara uyğun olduğunu açıqlamayıb. O baxımdan peşəkar aparıcının bilmədiyi hərəkətlər üzündən işindən uzaqlaşdırılması da ağlasığmır.

Xatırladaq ki, 2015-ci ilin mart ayında “Ben bilmem, eşim bilir” şousunun aparıcısı İlker Ayrık  özünün yeni filmi “Yapışık kardeşler”lə Bakıya gəlmişdi. Filmin təqdimatından sonra populyar verilişdə iştirak etmək üçün müsabiqə elan etmiş və V.Səid ilə onun həyat yoldaşı N.Hüseynov da həmin müsabiqəni keçərək, verilişdə iştirak hüququnu qazanmışdılar.

Ötən iki ay müddətində məsələ ilə bağlı mövqe bildirməyən AzTV rəhbərliyinin nədən şounun qaliblərinə bu cür təpki göstərməsi də aydın izah edilmir.

V.Səid mətbuata bu haqda açıqlama verməsə də, AzTV-nin mətbuat katibi Xatirə Qasımova səhər saatlarından sözügedən məsələ ilə bağlı açıqlama verəcəklərini bildirsə də, hələ də heç nə deməyib. AzTV-dəki mənbələrdən aldığımız məlumata görə, şirkət dövlətə məxsus olduğu üçün, Xəbərlər buraxılışının aparıcısı rəsmi xəbərləri tamaşaçılara çatdırdığı üçün, onun qeyri rəsmi tok-şoularda iştirakı yolverilməz hesab olunur.

Görünür, illərdir AzTV -nin “dünyaya inteqrasiya siyasəti” nin təbliği boş fərziyyələrdən başqa bir şey deyilmiş. Çünki bütün dünyada belə praktikalar qəbul edildiyi halda, A.Alışanovun gənc aparıcının bu aktivliyinə qarşı çıxması da normal deyil. Kanal rəhbərliyi qalibləri – o cümlədən AzTV-nin təbliğatçılarını mükafatlandırmalı olduğu halda cəzalandırması, “dünya standartları”na uyğun gəlmir.

XuralTAC

vusale_120515_9 vusale_120515_7 vusale_120515_6 vusale_120515_5 vusale_120515_2 - копия

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button