AXCP-nin Gəncədəki qərargahının aqibəti necə oldu-FOTOLAR

məhsəti muzeyi3“Məhsəti Gəncəvi” muzeyi necə yarandı?

xural.com –un verdiyi məlumata görə, AXCP-nin Gəncə şəhər qərargahının yerində “Məhsəti Gəncəvi” Mərkəzi inşa edilib. Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən binanın 2014-cü il yanvarın 21-də baş tutan açılışında prezident də iştirak edib.

Mərkəzdə şairənin yaradıcılığına həsr olunmuş rəsm qalereyası, tədqiqatçılar üçün oxu zalı, musiqi studiyası, not kitabxanası, muğam, fortepiano şöbələri və iclas zalı var.

Oxu zalında Məhsəti Gəncəvinin həyat və yaradıcılığı, ədəbi irsi haqqında kitablar, Azərbaycan, rus və ingilis dillərində elektron formatda şairənin rübailəri, bununla yanaşı, Azərbaycanın görkəmli şair və mütəfəkkirləri, Azərbaycan musiqisi və xalçaçılığına aid nəşrlər təqdim olunur.

Mərkəzdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2013-cü ilin noyabr və dekabr aylarında Fransanın Reyms və Miluz şəhərlərində Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə keçirilmiş sərgi və konsertlərdən fotolar nümayiş olunur, milli musiqi alətləri sərgilənir.

Mərkəzin milli geyimlər sərgisində Məhsəti dövrü, xüsusilə də İntibah dönəminin xanımlarına xas milli geyim nümunələri sərgilənir. Rəsm qalereyasında Məhsəti Gəncəvi obrazı və rübailərinə həsr edilmiş müxtəlif tablolar, sənət nümunələri, monumental əsərlər nümayiş etdirilir. Məhsəti otağında şairənin heykəli ucaldılıb. Burada proyektor vasitəsilə miniatür və rəsm əsərləri təqdim edilir.

Mərkəzin ətrafında park yaradılıb.

Mərkəz Gəncə şəhərinin ən gəzməli, görməli yerlərindən birinə çevrilib.

məhsəti muzeyi8

məhsəti muzeyi1

məhsəti muzeyi4

məhsəti muzeyi5

məhsəti muzeyi6

məhsəti muzeyi7

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button