AXCP-nin nazirliyə qarşı məhkəməsi təxirə düşdü

eli-kerimli

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ədliyyə Nazirliyinə qarşı iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Xural.com azadliq.org-a istinadən xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində keçirilən iclas cəmi bir neçə dəqiqə çəkib. Buna səbəb isə cavabdeh Ədliyyə Nazirliyinin nümayəndəsinin bu dəfə də məhkəmədə iştirak etməməsi olub.

Məhkəmə prosesinə sədrlik edən hakim Elçin Məmmədova ölkənin bir sıra tanınmış hüquqşünas və vəkillərinin etibarnaməsi təqdim olunub. Məlum olub ki, Xalid Bağırov, Vidadi Mirkamal, Qurban Məmmədov, Namizəd Səfərov, Yalçın İmanov da AXCP sədri Əli Kərimlinin nümayəndəsi qismində bu prosesə qoşulur.

Növbəti məhkəmə iclası martın 30-na təyin olunub.

Xatırladaq ki, AXCP qaldırdığı iddia ərizəsində Ədliyyə Nazirliyinin imtina qərarının qanunsuz hesab olunması və partiyanın qurultayının nəticələrinə dair məlumatların dövlət reyestrinə daxil edilməsi barədə qərar çıxarmasını istəyir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button