Ayaqa qalx, igidim

Yetim Qacar

İllərdi susqunluqdan yorğun düşən igidim,
Ayağa qalx ayağa, Vətən səni gözləyir!
Ayaqdadı Mübariz, ayaqdadı Fəridim,
Gəl çəkilmə qırağa, Vətən səni gözləyir!
Ayağa qalx ayağa, Vətən səni gözləyir!

Gözləmə ki kim gəlib bu işə nə deyəcək,
Yatanların payını oyaq olan yeyəcək,
Səndən ötən güllələr Vətəninə dəyəcək,
Sinəni ver qabağa, Vətən səni gözləyir!
Ayağa qalx ayağa, Vətən səni gözləyir!

Bu Vətən savaşının sonu yoxdu əzəldən,
Qürbət ləli dəyərsiz vətəndəki xəzəldən,
Vətən elə bir gözəl – gözəldi min gözəldən,
Düşmə özgə marağa, Vətən səni gözləyir!
Ayağa qalx ayağa, Vətən səni gözləyir!

Vətən tək Bakı deyil, Baki baş kəndimizdi,
Vətən Cəmillimizdi, Vətən Qərvəndimizdi,
Bir az dursan ayağa, sınır Dərbəndimizdi,
Təbriz, Qəzvin, Marağa – Vətən səni gözləyir!
Ayağa qalx ayağa, Vətən səni gözləyir!

Səbrin tükənməsə də, daha zaman tükənib,
Səbrinin sərhəddində Azərbaycan tükənib,
Sülhün zamanı ötüb, daha aman tükənib,
Sal düşməni ayağa, Vətən səni gözləyir!
Ayağa qalx ayağa, Vətən səni gözləyir!

Atəşkəsi dəfn edək qırxını saxlamayaq,
İrəvana çatmayınca qırğını saxlamayaq,
Bizi qıranı qıraq, qorxunu saxlamayaq,
Tuş gəlsək də qınağa, Vətən səni gözləyir!
Ayağa qalx ayağa, Vətən səni gözləyir!

Kimlərin marağında qaralanmış Vətənin,
Bu sənə aşkar deyil yaralanmış Vətənin,
Nə qədər bütöv deyil, paralanmış Vətənin,
Var ölümə qadağa, Vətən səni gözləyir!
Ayağa qalx ayağa, Vətən səni gözləyir!

“Xural” qəzeti
il: 9, sayı: 006(414), 13-19 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button