Aysel Əlizadə seçicilərə söz verdi: “Mən Azərbaycana Nobel gətirmək istəyirəm”

aysel28 3

Aysel Əlizadənin Seçki Qərargahından xural.com-a verilən məlumata görə, bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Əlizadə Aysel Alim qızı seçicilərin dəvəti ilə bir neçə görüşdə olub.
A.Əlizadə Binəqədi sakinlərinin suallarını cavablandırıb, daha sonra noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilər ətrafında qızğın fikir mübadiləsi aparılıb.
Görüşlər zamanı seçicilər xanım namizədin bu çətin marafona qoşulmasını təqdir etdiklərini söyləyib və onun mübarizəsini dəyərləndirdiklərini deyiblər. Onlar bildiriblər ki, Aysel Əlizadənin qələbəsinə inanırlar: “Bizim namizədimizin qalib gəlməsi həm də ona görə vacibdir ki, cəmiyyətdə ədalətə inam bərpa olunsun, hamımızı bürüməkdə olan ümidsizlik və gərəksizlik sindromu aradan qalxsın“.
Öz növbəsində Aysel Əlizadə də seçicilərinə təşəkkürünü bildirib: “Mən həmişə auditoriya ilə işləmişəm.  Televiziyada tamaşaçım, ədəbiyyatda oxucumla olmuşam. İndi də seçicilərimləyəm. Bundan sonra da bütün gücüm və potensialımla cəmiyyətimin maariflənməsi və ölkəmin dünyanın ən güclü, ən sivil dövlətlərindən birinə çevrilməsi istiqamətində bir qatqımın olmasına çalışacağam. Mən Azərbaycana Nobel gətirmək istəyirəm, bunu əvvəllər də müsahibələrimdə demişəm. Azərbaycanda hər bir vətəndaşın haqqının qorunmasını, hər kəsin rahat, arxayın yaşamasnı arzulayıram. Bizim gərginliyi pik həddinə çatmış cəmiyyətimizdə yeni nəfəsə, müsbət dəyişikliklərə, reformlara ehtiyac var. Ölkə başçısının son günlərdə imzaladığı fərmanların, etdiyi çıxışların insanlara daxili yüngüllük gətirdiyinin fərqindəyik. Demək, insanların onların həyat şəraitlərinin, azadlıqlarının, vətəndaş hüquqlarının keşiyində duran səlahiyyətli şəxslərə böyük ehtiyacları var. Hər şeyin yaxşı olacağına inanıram”.

aysel28 4 aysel28 1 aysel28 2

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button