Ayxan Məmmədov: “Anamı Gülər Əhmədovanın zəhərləyərək öldürməsi iddia yox, faktdır…”

E.Abdullayevin yayımladığı “Mandat alveri” videogörüntülərdə vasitəçi olaraq adı keçən Sevinc Babayeva Türkiyədə müəmmalı şəkildə öləndən sonra, mərhumun oğlu Ayxan Məmmədov mətbuatda bir sıra açıqlamalarla çıxış etdi. Onunla geniş müsahibəni isə, “Azərbaycan Saatı” yayımladı. Ayxan Məmmədovun müsahibəsindəki əhəmiyyətli sitatları olduğu kimi oxuculara təqdim edirik:

– Mənim anam son günə qədər Güləri satmadı. Onunla rəfiqə olub…

– Anam Türkiyəyə gedən günün səhəri Elşad Abdullayevin videoları ictimailəşdi…

– Anamın heç bir vaxt başqa pasportu olmayıb, olsaydı, Azərbaycana dönərdi də…

– Gülər deyirdi ki, Sevinc sən şahidsən, səni tutsalar məni də tuta bilərlər…

– Videolar yayılanda şokda idim. Düzdür anam bir neçə il əvvəl də bu haqda mənə demişdi ki, belə bir söhbət var. Mən də ona dedim ki, sən nədən narahat olursan ki, sənlik bir şey yoxdur burada. Sən almısan, aparıb da vermisən… Özləri yeyiblər pulu, özləri də qarışsınlar, sənin nəyinə lazımdır? Amma anam nədənsə narahat idi.

– Anamın həyatına təhlükə 2005-2006-cı illərdən olub. Əgər bir insan MTN-ə məktub yazırsa, deməli nəsə var ki, yazır da…

– Mən deməmişəm ki, anamın ölümü adi bir ölümdür. … Mən sadəcə anamın özünə süi-qəsd etməsilə bağlı iddiaları rədd etdim.

– Anamın Gülər tərəfindən zəhərlənməsilə bağlı dediklərim də iddia deyil, faktdır. Bunu mənə anamın özü deyib.

– Mənim anam o hadisədən sonra uzun müddət Gülərlə danışmayıb. Çünki o deyirdi ki, ayıbdır, kişinin (red.- Elşad Abdullayev) pulunu qaytarın. Bizim E.Abdullayevlə münasibətlərimiz heç vaxt pis olmayıb. Anam deyirdi ki, Gülər qaytarın kişinin pulunu. Yemisiniz, qaytarın, niyə belə edirsiniz? Bu səbəbdən uzun müddət onların əlaqəi kəsildi.

– Keçən ilin (red – 2012) yay aylarında anama Gülər tərəfdən zəng gəlib ki, gəl görüşək. Gedib oturub, çörək yeyiblər, sonra da harasa qadın salonuna da gediblər. Sonra anam evə gələndə qaytarmağa başladı. Soruşdum, nə olub? Dedi heç nə. Gülərlə görüşdük, getdik, oturduq, çörək yedik. Anamı əvvəlcə Tusi adına klinikaya apardım. Başını kompyuterə saldıq, dedilər başında heç nə yoxdur, yəni başqa şey, bilmirik. Ondan sonra kordiologiya, Neftçilər, Gömrük xəstəxanalarına apardım. Neftçilər xəstəxanasında anam bir həftə yatdı, dedilər ki, bilmirik səbəbini. Gömrük Hospitalına da apardıq, orada da qaldı, çarəsini tapmadılar, dedilər ki, aparın və, orada müalicəsini davam etdirin.

– Anam mənə dedi ki, məni Gülər Əhmədova zəhərləyib. Çünki anam da bilirdi. Nə oldu? Gülər anamla neçə illər idi görüşmürdü, nə oldu ki, birdən-birə görüşüb, yeməyə apardı? Anamın o vaxtadək ürəyilə, səhhətilə bağlı heç bir problemi olmayıb. Cavan adam idi. Nə problemi ola bilərdi ki? Mənim anam sağlam adam olub.

– Noyavbrın 10-da xalamla Türkiyəyə getdim. Orada bir kompleks var, G.Əhmədovanın adamlarının yeridir. Orada notbuk vasitəsilə anamla skaypda danışdı. Dedi ki, hər şey yaxşı olacaq. Ramiz Mehdiyevlə danışmışam, məsələ sakitləşəcək. 5 gün ordan, 15 gün buradan, qayıdacaqsan, rahat gəlib yaşayacaqsan. Kompozitorla – K.Heydərovu nəzərdə tuturdu – danımışam, sənə gömrükdə təzə iş verəcək. Mənim anama iş-filan lazım deyildi. Mənim anama Vətənə qayıtmaq lazım idi.

– Gülərə mesaj yazdım ki, hətta analizlərin cavabı dəyişdirilsə belə, mən heç vaxt səndən əl çəkən deyiləm. Mənim anamı ölkəən də o çıxarmışdı və məsuliyyətini də o daşıyırdı.

– Belə getsə, bunlar hər şeyin üstünü ört-basdır edəcəklər.

– İstintaqən nəyinə inanım ki?İstintaq gözəl bilirdi ki, anam İstanbuldadıdır. Özləri şəhərdən çıxarırlar, sonra da axtarışa verirlər. Prokurorluğun, bütün qurumların xəbəri var idi ki, mənim anamı Gülər göndərib Türkiyəyə…

– Bir quru canım var, istəsələr, onu da alarlar. Başqa məni nə ilə qorxudacaqlar ki?

– Onlar analizin cavabını da dəyişə bilərlər. Hətta Türkiyədə də… Onlar hər şeyə qadirdir.

– Anamı ora göndərməyinə baxmayaraq, onu heç nə ilə təmin etmirdi. Türkiyədən gələndən sonra prokurorluğa getdim ki, anamı bura gətirmək istəyirəm. Dedilər ki, gətir, heç bir problem yoxdur. Yəni həbs etməyəcəklər. Gülərə zəng vurub dedim, dedi ki, nə danışırsan Ayxan, anana “stop” qoyublar. Yəni şəhərə giriş-çıxışını qadağan ediblər. Gələn kimi tutacaqmışlar. Daha o sözdən sonra, heç nə edə bilmədim.

– Mənim anamın bu məsələdə yegsnə günahı o olub ki, Gülərlə rəfiqəlik eləyib. Başqa onun heç bir şeydə günahı yox idi.

– Mən anama deyirdim ki, Gülərdən uzaq dur. Ondan sənə heç vaxt dost olmaz. O hər zaman anamdan istifadə edib.  Gülər ilk dəfə namizədliyini verəndə, anam seçki kampaniyasında ondan ötrü çox əziyyət çəkdi. Bütün Yasamalı, Sovetskini ayağa qaldırdı. Qoy Gülər bir neçə il əvvələ qayıtsın və baxsın ki, o vaxt o kim idi, biz kim idik.

– Mənim Gülər Əhmədova ilə bağlı şəxsi qərəzliyim olmayıb. Nə danışıramsa da düzgün danışıram və bunu özü də faktdır.

– Mənim anam o vaxt mənə demişdi ki, Gülərr maşennikdir. Sübut da olundu ki, Gülər maşennikdir. Elçadın pulunu yedisə də demək bu maşennikdir.

– Anamın 3 səhifədən ibarət məktubu var idi, onu türk polisinə verdik, ekspertiza edəcəklər. Orada yazmışdı ki, Gülər, mən sənə inanırdım, sən niyə belə etdün? Yazıb, şkafa qoymuşdu, mən də oxudum.

– Zəhər anama verilmişdi, amma o inanmırdı ki, o bundan ölə bilər. İnanməırdı ki, Gülər 20 illik rəfiqəsini zəhərlə öldürə bilər…

– Gülər bir cinayətin üstünü ört-basdır etmək üçün başqa bir cinayətə əl atdı.

– O vaxt Gülər kimi bir maşennik var idi, iş düzəltmək adı ilə 100 min aldı, qaşdı. Bizim də mənzilimiz var idi, anam onu satdı pulu qaytardı, iş də bağlandı. Qanuni şəkildə işə xitam verildi. Sonra oxuyuram ki, bu işi yenidən qaldırıblar.Bu da Gülərin təxribatı idi. Əgər anamı Gülərin məsələsinə görə həbs etsəydilər, gərək onda Güləri dı həbs edəydilər. Ona görə də Gülər anamda başqa şeylər axtarmağa başladı ki, onu başqa adla ilişdirsin. Bütün bunların hamısı Gülərin işi idi.

– Gülər xalama deyib ki, mən 100 min manat verdim, özümə ev dustaqlığı aldım. Xalam da deyib ki, elə bacıma da pul verib, ev dustaqlığı alaydın da, niyə almadın?

– Gülər deyir ki, guya əlindən hər şeyini alıblar. Əri də 20 manata restoranda işləyir. Öyrəndim ki, yalan deyir, restoran onun özünündür, nə 20 manat?Heç nəyini də əlindən almayıblar. Nəyini də alıblarsa, hamısı gözdən pərdə asmaq üçündür, yalan deyir.

– Gülər özünü mənə düşmən qazandırdı. Mənim anam mənə həm ana olub, həm də ata. Özü də layiqli, qiryətli ana olub, onun plümündən sonra itirəcəyim heç nə yoxdur. Gülər məni özünə ömürlük düşmən qazandı. Mən ona bunu mesaj da da yazmışam.

– Elşad Abdullayev bu qədər fakt göstərir, mən bu qədər fakt deyirəm, ortada onun törətdiyi ölüm, cinayət hadisəsi var. Amma hələ də onu həbs etmirlər. Hamı bilir ki, Elşad müəllim də düz deyir, mən də düzəm. Bilirlər.

– Gülər özü də Elşada deyib ki, sən mənə heç nə edə bilməzsən, mənim arxamda Ramiz dayanıb. Özü də bunu etiraf edib. Ona görə də ona bu qədər cinayətin içində heç nə eləmirlər.

– Mənim anam mənə dedi ki, Ramizlə görüşdük, pulu da ona verdik. Bəli, bəli… görüşüb, əlbəəl də pulu Ramiz Mehdiyervə veriblər.

– Anam bildiklərinuin çoxunu özü ilə apardı. Bizim damarımızda kişi qanı axır. Biz heç vaxt heç kimə xəyanət etməmişik, bir cinayəti ört-basdır etmək üçün də başqa bir cinayətə əl atmamışıq. Biz təmiz, halal adamlar olmuşuq. İş də… Azərbaycanda hamı “iş”lə məşğul olur. Oğurluq eləmirik ki…

– Videolar yayımlanandan sonra evimizi də əlimizdən alıb, ə.yalarımızı çölə atdılar.

– Gülər Əhmədova kimi adamlar deputat olanda, Azərbaycanın da vəziyyəti də belə olacaq…

– Gülər deputatlıqdan əvvəl aktrisa olub. Ondan yaxşı aktrisa olardı. Gülər dondan-dona girir. O insana heç nəyi sübut eləmək olmur.

– Sonadək Azırbaycanda qalacam və anamın qanını yerdə qoymayacam. Bunlar daha mənə nə edə bilərlər ki? Bir quru canım var, qoy onu da alsınlar. Sonra nə olacaq? Neçənci adamdır ki, bunlar öldürürlər, sonra da üstünü ört-basdır edirlər. Xalq artıq hər şeyi bilir. Belə şey olmaz…

– Gülər mənə milyon da versə geri çəkilməyəm. Mən nə istəyirəm ki? O ya ölsün, ya da tutulsun.O azadlıqda qalsa, mən başqa şeylərə əl atacam. Mənim əlimdə başqa faktlar da var. Anam mənə o vaxt hər bir şeyi danışıb.

Əlaqəli məqalələr

2 şərh

  1. http://avropaninsesi.com/gul%C9%99r-%C9%99hm%C9%99dovanin-cinay%C9%99t-isin%C9%99-baxan-m%C9%99hk%C9%99m%C9%99-hakiml%C9%99rin%C9%99-beyn%C9%99lxalq-sanksiya-t%C9%99tbiq-edilm%C9%99lidi-huuqu-professoru-elad-abdullayev/
    Gülər Əhmədovanın Avropa Məhkəməsində deputatlıq fəaliyyətinə xitam verildiyi ücün beynəlxalq hüquqi mənda da onun cinayət məsuliyyəti agırlaşdırıcı hal hesab edilir.

    Məhkəmə təcrübəsindən bəllidi ki, Gülər Əhmədovanın 2005 il tarixində Yasamal Rayonundan secildiyi deputat mandatı tanınmış siyasətci Eldar Namazovun şikayəti əsasında Avropa Məhkəməsi tərəfindən ləgv edilmişdir. Buna görə də Azərbaycan hakimiyyəti Strasburg Məhkəməsinin qərarına görə zərərçəkmiş Eldar Namazova 12 min evro təzminatda ödədi. Məhz, beynəlxalq hüquqi mənada, Azərbaycan hakimiyyəti tərəfindən Gülər Əhmədovanın deputatlıq fəaliyyətinə son verilməli idi. Lakin, Avropa Şurasının tələblərinə baxmayaraq o qanunsuz deputatlıq fəaliyyətini davam etdirdi. Əksinə, beynəlxalq təpkiyə baxmayaraq, o, növbəti dəfədə Ramiz Mehdiyevdən saxta deputatlıq təyinatını alaraq 2010-ci ildə də parlamentin deputatı oldu. Bu andan da Gülər Əhmədova özünün cəzasızlıgını və toxunulmazlıgını dərk etdiyi ücün daha təhlükəli cinayət əmməllərinə imza atmaqda davam etdi. Azərbaycan hakimiyyəti bu addımları ilə də bir daha təsdiq etdi ki, onlar üzv olduqları Avropa Şurasının beynəlxalq öhdəliklərinə məhəl qoymurlar, onlar ücün Avropa Şurasının,Strasburg Məhkəməsinin qərarları ‘’kagız’’ parcasıdır. Gülər Əhmədovaya münasibətdə Azərbaycan rejimi qərəzli olaraq beynəlxalq öhdəliklərə əməl etmədi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button