“Azərbaycan demokratik ölkə olsaydı biz həbsxana həyatı yaşamazdıq”

anar-intiqam-resulBritaniyanın “Guardian” qəzeti Azərbaycanda bugünlərdə azadlğa buraxılan siyasi məbuslardan üçünün – İntiqam Əliyev, Anar Məmmədli və Rəsul Cəfərovun birgə məqaləsini dərc edib.

Məqlədə deyilir ki, Azərbaycan prezidenti İlham Əliyev indi Vaşinqtondadır. Azərbaycan demokratik hesab olunmasa da, onun rəhbəri ABŞ-da demokratik ölkələrin rəhbərləri ilə eyni tədbirdə iştirak edir.

“Biz lap bu yaxınlarda azadlıqa buraxılmışıq. Bizə qarşı saxta ittihamlarla cinayət işləri qaldırıldı, hər birimiz uzun müddətə azadlıqdan məhrum edildik. Dərin təəssüf hissilə bildiririk ki, hələ də həbsxanalarda xeyli jurnalist, siyasi fəal və blogger qalır. Bunların içərisində ən görkəmlisi Xədicə İsmayılovadır. Xədicə İsmayılova hakim ailənin biznesini araşdırmaqla məhşurlaşıb. REAL təşkilatının rəhbəri İlqar Məmmədov həbsxana həyatını yaşamaqda davam edir. Azadlığa buraxılmağımız bizə böyük sevinc gətirmədi. Səbəb isə çox sadədir. Dostlarımızın hələ də həbsxana həyatı yaşaması bizi dərindən kədərləndirir. Biz ölkəmizdə qanunun aliliyinin təmin olunmasını istəyirik. Biz cinayət qanununu rejim əleyhdarlarına siyasi motivlərlə cəzalandırma üçün tətbiq etməyə qarşıyıq. Qanuna hörmət olunmayan ölkədə vətəndaşlar hüquqlarını həyata keçirə bimir. Məhkəmələrin qanunsuz qərarları cəmiyyət üçün böyük problemə çevrilib”, – deyə müəlliflər yazır.

Məqalədə qeyd olunur ki. İntiqam Əliyev vəkil kimi ona müraciət edən vətəndaşların hüquqlarının müdafiəsilə məşğul olub. O, Avropa Məhkəməsinə 200-dən artıq iş göndərib. İşlərdən 50-ni udub.

Rəsul Cəfərov bundan sonra da hüquq müdafiəçisi kimi fəaliyyət göstərmək niyyətindədir. İntiqam Əliyev kimi, Rəsul Cəfərov da hökumətin demokratik prinsiplərə hörmət etdiyi şəraitdə fəaliyyət göstərmək istəyir.

Anar Məmmədli də vətəndaşların seçki hüquqları sahəsində marifləndirilməsi və seçki prosesinin müşahidəsi işində fəaliyyətini davam etdirmək niyyətindədir. Hakimiyyət onu məhz bu fəaliyyətinə görə cəzalandırmışdı.

“Bütün siyasi məhbuslar azad ediləndən, qanunun aliliyi təmin olunandan, vətəndaş cəmiyyəti institutlarına normal fəaliyyət imkanı yaradılandan sonra Azərbaycanı demokratik ölkə hesab etmək olar”, – deyə məqalə tamamlanır.

azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button