Azərbaycan hakimiyyəti ciddi fakt qarşısında

25.01.2012

AŞPA siyasi məhbuslar üçün azadlıq tələb etməlidir

Azərbaycan uğrunda Beynəlxalq Tərəfdaşlıq Qrupuna (IPGA) üzv olan insan haqları təşkilatları yanvarın 26-da Strasburqa gələrək, AŞPA-nın iclaslarında Azərbaycanda söz azadlığının pozulmasına və insanların siyasi motivlər əsasında həbs olunmasına öz narahatlıqlarını ifadə edəcəklər.

Azərbaycan uğrunda Beynəlxalq Tərəfdaşlıq Qrupuna (IPGA) üzv olan insan haqları təşkilatları Azərbaycanda fikir və ifadə azadlığı hüquqlarından istıfadə edən şəxslərin siyasi motivlərlə həbs olunmasından dərin narahatlığını bildirir. İPGA Avropa Şurası Parlament Assambleyasını bu şəxslərin həbsdən azad olunmaları üçün dərhal ölçü götürülməsilə bağlı qərar çıxarmağa və Azərbaycanı üzv dövlət kimi götürdüyü öhdəliklərə əməl etməyə çağırır.

Beləki Azərbaycan Avropa İnsan Haqları Konvensiyasına və beynəlxalq hüquqlara hörmətlə yanaşmağa və ifadə azadlığı hüququnu qorumağa borcludur, lakin Azərbaycan hakimiyyəti öz öhdəliklərini yerinə yetirmir, həttə mütəmadi olaraq bu hüquqları pozur. Jurnalistlər, bloqqerlər, fəallar və bir sıra vətəndaşlar hakimiyyətin ünvanına tənqidi fikirlər səsləndirdiklərinə görə təqib, hücum və həbsə məruz qalırlar.

 İPGA məxsusən öz fikir azadlıqlarını ifadə etdikləri üçün saxlanılan və həbs olunan bu insanların taleyindən narahatdır:

• Əvəz Zeynallı, “Xural” qəzetinin təsisçisi və baş redaktoru. Hansı ki, deputatın heç bir əsası olmayan iddiaları əsasında hədə-qorxu ilə rüşvət tələbetmə ittihamı ilə həbs olunub. Əgər baş redaktor mühakimə olunarsa onu 12 il azadlıqdan məhrumetmə cəzası gözləyir.
• Bəxtiyar Hacıyev, bloqqer və aktivist. 2011-ci il mart ayında keçirilən etiraz aksiyalarında iştirak etdikdən sonar hərbi xidmətdən yayınma ittihamı ilə 2 il azadlıqdan məhrum edilib.
• Vidadi İsgəndərov, İnsan Haqqları müdafiəçisi. 2011-ci ilin mart-aprel aylarında müxalifətin keçirdiyi siyasi aksiyalarda iştirak etdiyi üçün 2010-cu il parlament seçkilərinin keçirilməsini pozmaqda ittiham olunub və iki il azadlıqdan məhrum edilib.
• Yaxın Şərq və Şimali Afrika ölkələrində baş verən siyasi aksiyalardan ilham alaraq 2011-ci ilin mart-aprel siyasi aksiyalarında iştirak etdikləri üçün uzunmüddətli həbsə məhkum olunan 15 fəal, həmçinin
• Ruslan Bəşirli, müxalifətçi “Yeni Fikir” Gənclər Təşkilatının lideri, 2005-ci il parlament seçkiləri ərəfəsində çevrilişə cəhd ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

İPGA həmçinin xatırladır ki, öz fakir və ifadə azadlıqlarına görə azadlıqdan məhrum edilən bu adamlar həbsdən buraxılıblar:

• Cabbar Savalan, müxalifətçi, siyasi fəal. Facebook-da demokratik etirazlar etdiyi üçün, narkotik maddə saxlama ittihamı ilə təxminən bir il həbsdə qalıb.
• Eynulla Fətullayev, tənqidçi, müstəqil “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin keçmiş baş redaktoru. Üzərinə şər atılaraq millətlərarası ədavətin gücləndirilməsi və terorizmin dəstəklənməsi, vegidən yayınma, həmçinin narkotik maddə saxlama ittihamı ilə dörd ildən artıq müddətdə həbsdə qaldı.
• Emin Abdullayev və Adnan Hacızadə. Gənc aktivistlər və videobloqqerlər YouTube-də hakimiyyətin ünvanına satiriq video çarx yerləşdirdikləri üçün təxminən ilyarım həbsdə qaldılar.
• Qənimət Zahid, müxalifətyönlü tənqidçı “Azadlıq” qəzetinin baş redaktoru. Xuliqanlıq və qəsdən sağlamlığa yüngül zədə vurma ittihamları ilə iki il həbsdə qalıb.

2012-ci il yanvarın 26-da AŞPA-nın Hüquqi məsələlər və İnsan haqqları komisiyasının iclası keçiriləcək, İPGA Azərbaycanda siyasi məhbusların vəziyyətinin ciddiliyini qeyd edir. AŞPA Azərbaycana Avropa Şurasına üzv-dövlət kimi üzərinə götürdüyü öhdəliklərə əməl etməli olduğunu xatırlatmalıdır.
İPGA AŞPA-nı dərhal bu problemin həll olunması üçün yubanmadan ölçü götürülməsinə çağırır, həmçinin:

Hazırda siyasi motivlər əsasında müxtəlif ittihamlarla həsdə olan insanların dərhal və sözsüz azad olunmalarını və Azərbaycanda bundan sonra da siyasi motivlərlə insanların həbs olunmasını dayandırmağı tələb etməyə;
• Bütün mümkün vasitələrdən istifadə edərək, Azərbaycan hakimiyyəti ilə siyasi məhbuslar üzrə xüsusi məruzəçi arasında əməkdaşlığı təmin etmək və onun mandat hüququndan istifadə edərək bu ölkəyə səfəri üçün viza verilməsini yubadılmadan həyata keçirmək;
• Azərbaycanın Avropa Konvensiyası qarşısında götürdüyü öhdəliklərə riayət etməsini ciddi nəzarət altında saxlamaq və bu istiqamətdə aktivliyi gücləndirmək, həmçinin hər iki tərəfdən öhdəliklərə nəzarət həmməruzəçilərinin Azərbaycanda, o cümlədən Naxçıvanda 2010-cu ilin mayında bu ölkənin demokratik İnstitutlarının qaldırdığı problemlərin axarını izləmək və dəyərləndirmək məqsədilə bu ölkəyə səfərlərini təmin etmək;
• Demokratik İnstitutlarının fəaliyyətilə bağlı 1750 (2010) qərara daxil olan tövsiyyələri Azərbaycanın yerinə yetirməsinə baxış keçirmək və çatışmamazlıqların aradan qaldırılması üçün dərhal ölçü götürmək, eləcə də…
• Avropa Şurası, Nazirlər Kabineti Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını, xüsusilə də siyasi məhbuslar üzrə məruzəçının siyahısına daxil olan insanlar haqda çıxarılan qərarların yerinə yetirməsinə nəzarəti gücləndirmək

Bu bəyanatı aşagıdakı təşkilatlar dəstəkləyirlər:

• ARTICLE 19: Global Campaign for Free Expression – ifadə azadlığı uğrunda qlobal kampaniya
• Committee to Protect Journalists – Jurnalistlərin Müdafiə Komitəsi
• Human Rights House Foundation – İnsan Haqları Evi fondu
• Index on Censorship – Senzura indeksi
• Media Diversity Institute – Müxtəlif KİV İnstitutu
• Norwegian Helsinki Committee – Norveç Helsink Komitəsi
• PEN International – Beynəlxalq PEN Klubu
• Reporters Without Borders – Sərhədsiz Reportyorlar təşkilatı

Əlavə məlumat almaq üçün:

Azərbaycan uğrunda Beynəlxalq Tərəfdaşlıq Qrupuna (IPGA) üzv olan insan haqları təşkilatları nümayəndələri Azərbaycanda söz azadlığının pozulmasına və insanların siyasi motivlər əsasında həbs olunmasına öz narahatlıqlarını ifadə etmək üçün Strasburqa yola düşüblər və 23-27 yanvarda AŞPA-nın iclaslarında bu məsələləri qaldıracaqlar. Əlavə məlumat almaq və ya müsahibə götürmək üçün ARTİCLE 19-un nümayəndəsi Mono Samari ilə +44 (0) 7515 828 939 telefon və ya mona@article19.org email əlaqəsi saxlamaq olar.

Qeyd: Azərbaycan uğrunda Beynəlxalq Tərəfdaşlıq Qrupuna (IPGA) üzv olan insan haqları təşkilatları Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində çalışan 20 beynəlxalq QHT-nın koalisiyasını özündə birləşdirir.
Daha ətraflı məlumatı ARTİCLE 19-də Rebekka Vinsentdən +44 (0) 207 324 2500 telefon və ya rebecca@article19.org emaillə almaq olar.

http://www.article19.org/resources.php/resource/2935/en/azerbaijan:-pace-must-demand-freedom-for-political-prisoners

istinadən

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button