Azərbaycan iş adamını axtarışa verdi

interpolAzərbaycan türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib. 

Apa.az xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 47 yaşlı Yıldırım Çağlı vergidən yayınmaqda təqsirləndirilir. O, Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

Yıldırım Çağlı Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olub.

Qeyd edək ki, son vaxtlar Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olmuş daha bir neçə türkiyəli iş adamı barəsində də beynəlxalq axtarış elan edib.

Onların hamısı vergidən yayınmada ittiham olunur.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button