Azərbaycan “National Geographic” jurnalının müsabiqəsində iştirak edir

National Geographic 1 journalAzərbaycan “National Geographic” jurnalı tərəfindən təşkil olunan “National Geographic Traveler Awards 2015” müsabiqəsində iştirak edir
xural.com Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata əsasən bildirir ki, “National Geographic” jurnalı “National Geographic Traveler Awards 2015” adlı ən məşhur istirahət növləri üzrə ilin ən yaxşı turist marşrutlarının müəyyən olunması məqsədilə müsabiqə – onlayn sorğu keçirir.

Bu sorğu cari ilin 29 iyun – 15 oktyabr tarixləri arasında “Çimərlik səyahəti”, “Ailəvi səyahət”, “Dağ-xizək səyahəti”, “Ekskursiya səyahəti”, “Kənd turizmi səyahəti”, “Sağlamlıq səyahəti”, “Eko-səyahət”, “Macəra səyahəti”, “Ilin açılış səyahəti”, “Mətbəx turizmi səyahəti” və “Ekzotik turizm səyahəti” nominasiyaları üzrə keçirilir.

Səsvermə zamanı, həmçinin, ilin “ən yaxşı xarici hava yolu şirkəti”, “ən yaxşı otellər şəbəkəsi”, “ən yaxşı çimərlik oteli”, “ən yaxşı internet-servis” və “ən yaxşı səyahət proqramı” müəyyən olunacaqdır.
Hər il keçirilən “National Geographic Traveler Awards” müsabiqəsi səyahətçilər üçün ən yaxşı istirahət yerlərini müəyyən edir, həmçinin, yeni səyahət marşrutlarının yaranmasına şərait yaradır.
Məlumat üçün qeyd etmək istərdik ki, Azərbaycan müsabiqə çərçivəsində 3 nominasiya üzrə (Çimərlik səyahəti, Ekskursiya səyahəti və Mətbəx turizmi) iştirak edir.
Aşağıdakı link vasitəsilə səhifəyə daxil olub qeydiyyatdan keçərək səsvermədə iştirak etmək mümkündür:

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button