Azərbaycan neft məhsullarının Qırğızıstana ixracı mənfəətsiz ola bilər

23.01.2012

Azərbaycan neft məhsullarının Qırğızıstana ixracı və orada topdan satışı kommersiya cəhətdən problemlidir. Bu barədə Turan-a Neft Araşdırmaları Mərkəzində bildiriblər.
Mərkəzin məlumatına görə, bu proqnoz satış bazarının uzaq olması və inkişaf etməmiş infrastrukturla (Qırğızıstana Özbəkistandan yük daşınmasında problemlər barədə KİV-də çoxlu məlumatlar gedib) bağlı verilir.
Qırğızıstan mənbələrinin məlumatına görə, bu il hökumət Azərbaycandan 250-300 min ton neft məhsulları idxal etmək arzusu ifadə edib.
Amma neft məhsulları bazarının ilkin analizi göstərib ki, Qırğızıstanda qiymət Bakıdakına yaxındır. Məsələn, Aİ-92 $0,73-0,76-a (Azərbaycanda $0,7) satılır. Yerli bazarın ödəniş qabiliyyətini də nəzərə almaq lazımdır. Bu gün Qırğızıstan əsasən Rusiyadan 1 mln ton neft məhsulları alır. Pərakəndə satış bazarının 35-40%-i “Qazprom Neft Asiya” şirkəti tutub.
Mərkəzin ekspertləri hesab edir ki, Azərbaycan yanacağını Qırğızıstana göndərmək üçün əvvəlcə onu tankerlə Türkmənbaşıya çatdırmaq, sonra Türkmənistan ərazisi ilə Özbəkistana, oradan Qazaxıstana və Qırğızıstana çatdırmaq lazım gəlir. Bu isə 2 min km təşkil edir. Nəzərə almaq lazımdır ki, ARDNŞ öz benzinini yerli oyunçulara topdan qiymətlə satmalıdır. Bu isə 1 litr üçün $0,55-0,60-dir. Külli miqdarda nəqliyyat xərclərini nəzərə alanda ARDNŞ-nin avtomobil benzinini Qırğızıstana tədarük etməsinin mənfəətsiz olduğunu ehtimal etmək olar

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button