Azərbaycan neftinin qiyməti 65 dollar həddini aşıb
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb.
Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti 2,88% və ya 1,83 dollar artaraq 65,26 dollar olub.