Azərbaycan Ordusunun şəhid hərbçiləri dəfn olunur – FOTO/VİDEO – YENİLƏNİB

Əhalidə vətənpərvərlik ruhunun yüksək səviyyədədirAzərbaycanla Ermənistan silahlı qüvvələrinin təmas xəttində gedən döyüşdə şəhid olan Sərvan Mehrəliyev dəfn olunub.

Report.az-ın xəbərinə görə, əslən Xocalıdan olan S.Mehralıyev Ağdamın Ballar kəndində torpağa tapşırılıb

Dəfn mərasimində rayon ictimaiyyəti iştirak edib.

***14:29

Biləsuvar ərazisində yerləşən qaçqın şəhərciyində Azərbyacn ordusunun şəhid olan hərbçisi dəfn olunub. Ötən gün Cəbrayıl rayon sakini, 22 yaşlı hərbçi Ruhin Əsgər oğlu Qəhrəmanovun nəşi qəsbəyə gətirilib, şəhidin ruhuna dualar oxunub. Sonra cənazə 3 saylı qəsəbənin qəbristanlığında dəf olunub.

Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Cəbrayıl Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri, ailə üzvləri, xidmət etdiyi hərbi hissənin komandirləri, əsgər yoldaşları və ictimaiyyətin nümayəndələri iştirak edib.

*** 13:50

Azərbaycanın şəhid olan daha bir əsgəri dəfn olununb. Düşmən həmləsini dəf edərkən 20 yaşlı Orxan Əliyev qəhrəmancasına həlak olub. Şəhidin cənazəsi Qazax rayonun Aslanbəyli kəndində torpağa tapşıtılırb.
Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Qazax Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.


*** 13:34

Cəbəhənin Füzuli istiqamətində şəhid olan Azərbaycan ordusunun giziri dəfn olunub. Report.az-ın məlumatına görə, Nicat Bəhruz oğlu İsgəndərov Tərtər şəhər qəbiristanlığında torpağa tapşıtılıb.

Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) və ictimaiyyət nümayəndələri iştirak edib.


*** 10:10

Erməni Silahlı Qüvvələrinin təxribatının qarşısını alan zaman şəhid olan Azərbaycan ordusunun əsgəri dəfn olunub. 1997-ci il təvəllüdlü Rəvan İsmayıl oğlu Nurayev Zaqatala rayonun Muxax kəndində torpağa tapşırılıb.

Ailənin tək oğlu olan şəhid R.Nurayev 2015-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) və ictimaiyyət nümayəndələri iştirak edib.

Dəfn mərasimində iştirak edən rayon ictimaiyyətinin nümayəndələri Azərbaycan ordusunun cəbhə xəttində göstərdiyi sücayəti vurğulayıblar, əhalidə vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunu bildiriblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button