“Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir”

xin

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) dünən Pakistanda törədilmiş teraktla bağlı bəyanat yayıb.

Xural.com XİN-ə istinadən xəbər verir ki, açıqlamada martın 27-də Pakistanın Lahor şəhərində çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror aktı qəti şəkildə pislənib:

“Terrorçu-kamikadzenin uşaqların toplaşdığı məkanı hədəf alması xüsusi narahatedici məqamdır. Biz həlak olanların ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini əzmlə dəstəkləyir”.

Xatırladaq ki, dünən Pakistanın Lahor şəhərində əyləncə parkında partlayış baş verib. Nəticədə 70 nəfər həlak olub, 300-dən çox adam yaralanıb. Hadisə zamanı 29 uşaq ölüb, 56-sı yaralanıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button