Azərbaycan Türkiyə ilə viza rejimini niyə ləğv etmir?

Vizaların açılmasına hakimiyyətdəki antitürk qruplar mane olur?!

“Qafqazinfo” portalı cəmiyyətdə aktual olan mövzularla bağlı mütəmadi sorğular keçirir. Bu dəfə sorğu uzun illərdən bəri həlli müşkülə çevrilən Azərbaycanla Türkiyə arasında vizasız gediş-gəlişlə bağlıdır. Türkiyə tərəfi digər qonşu ölkələrlə yanaşı, Azərbaycana qarşı da viza rejimini aradan qaldırıb.

Və qardaş ölkədən bu addımın qarşılıqlı şəkildə atılmasını istəyir. Türkiyə tərəfi məsələnin həlli üçün səylər etsə də, Azərbaycan hökuməti hələlik bu addımı atmağa tələsmir. Məsələ uzun müddətdir ki, mətbuatın və cəmiyyətin müzakirəsindədir. Maraqlıdır ki, əslində kiçik bir texniki addım hesab edilən viza rejiminin ləğvini Azərbaycan niyə həyata keçirmir? Buna hansı arqumentlər əsas verir?

Sorğu iki həftə ərzində davam edəcək və prosesin gedişi haqqında mütəmadi materiallar yerləşdiriləcək. Sorğuda hər ip-dən gündə yalnız bir dəfə səs vermək mümkündür.

Sorğuda verilən variantlardan birinə səs vermək üçün saytda yerləşdirilmiş sorğu rubrikasına müraciət edin.

Beləliklə, Azərbaycan Türkiyə ilə viza rejimini niyə ləğv etmir?

1. Bu hökumətin düzgün siyasətidir
2. Kürd axını ilə üzləşməkdən qorxur
3. Hakimiyyətdəki antitürk qruplar mane olur
4. Hər iki ölkənin iqtidarlarına aid problmedir

 

İlkin məlumatlar və səsvermənin nəticəsi göstərir ki, səs verənlər daha çox “Hakimiyyətdəki antitürk qruplar mane olur” bəndinə səs verirlər.

 

Xural” qəzeti,

İl: 9, sayı: 027 (435), 17 – 23 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button