Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri keçiriləcək

turkiye azerbaycan telim

Azərbaycan və Türkiyənin hərbi hava qüvvələri martın 7-dən 25-ə kimi “TURAZ Şahini-2016 ” adı altında hərbi təlimlərə başlayacaq.

Xural.com trend.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin rəsmi saytına istinadən məlumat verir.

Məlumata əsasən, hərbi hava qüvvələrinin birgə təlimi Türkiyənin Konya vilayətində keçiriləcək.

Keçən il avqustun 22-dən sentyabrın 18-ə kimi Azərbaycan və Türkiyənin hərbi hava qüvvələri “TurAz Qartalı – 2015” adı altında ortaq hərbi təlimlər keçiriblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button