Azərbaycanda epilepsiya sahəsi üzrə ixtisaslı mütəxəssislərə ehtiyac var

atu33Yaponiyanın Tohoku Universitetinin Tibb Fakültəsinin Epileptologiya kafedrasının professoru ATU-nun qonağı olub

Yaponiyanın Tohoku Universitetinin Tibb Fakültəsinin Epileptologiya kafedrasının professoru, Nobukazu Nakasato Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.

ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov qonağa epilepsiya sahəsinin vacibliyindən söz açdı. Rektor bildirdi ki, Azərbaycanda bu sahə üzrə ixtisaslı mütəxəssislərə ehtiyac var və professorun ölkəmizə səfəri kadrların yetişdirilməsində bizə yardımçı olacaq: “Azərbaycanda bu sahə ilə nəinki bir çox həkimlər, hətta xəstələr özləri də maraqlanırlar. Ona görə də əminəm ki, səfəriniz maraqlı keçəcək”.

Rektor Əhliman Əmiraslanov gələcəkdə bu əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını qeyd etdi. O, qarşılıqlı fikirlər əsnasında müqavilənin hazırlanaraq imzalanması təklifini irəli sürdü: “Əminəm ki, Yaponiya tərəfi də bu işə müsbət baxacaq”.

Görüşdə qonaq Nobukazu Nakasato Azərbaycana səfərindən məmnunluğunu bildirdi. Epilepsiya sahəsini hərtərəfli əhatə edən proqram haqqında danışan qonaq ATU ilə bu sahədə sıx əlaqələrin yaradılmasına müsbət yanaşdığından söz açdı. O, bir çox ölkələrlə telekörpü vasitəsilə əlaqələrinin olduğunu, ATU ilə də bunu planlaşdırdığını dedi.

Görüşdə ATU-nun Tədris-Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rəhimə Qabulova, ATU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Nadir Zeynalov və  Nevrologiya və tibbi genetika kafedrasının əməkdaşı Kamran Salayev iştirak edirdilər.

Daha sonra ATU-nun Tədris Terapevtik Klinikasında yaponiyalı professorun da iştirak etdiyi  epilepsiyanın aktual məsələlərinə həsr edilmiş elmi-praktik konfrans keçirildi.

atu33 atu22 atu2 ATU

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button