Azərbaycanda ilk dəfə Şəhidlər Muzeyi yaradıldı 18+ FOTO+VİDEO

DSC_0445Bu muzey Azərbaycan gəncliyinə heç də uzaq olmayan keçmişimizdən xəbər verir. Tariximizi unutmayaq ki, gələcəyimizə sahib dura bilək. 

“Prezident İlham Əliyev bu şəkilləri görəndə yanındakı məmurlara sual vermişdi ki, bu adam sağdırmı? Çiyinlərini çəkmişdilər. Bəli, mən sağam və o günlərin acı da olsa, yaddaşıma yazılan xatirələrini bu gün yaratdığım Şəhidlər Muzeyinə köçürməyə çalışmışam”.

Bu sözləri “General Əli” bəy kimi tanınan Qarabağ döyüşçüsü Əlövsət Qasımov lacin.info-ya deyib. Onun sözlərinə görə, erməni əsirliyində hesab edilən, itkin düşdüyü güman olunan şəhidlər məhz onun tərəfindən döyüş meydanlarından çıxarılıb, şəxsiyyətləri müəyyən edilib.

“950 şəhid mənim təşkilatçılığım ilə ailələrinə göndərilib. Eləcə də mən erməni vəhşiləri tərəfindən tanınmaz hala salınan, başı kəsilən, min bir işgəncəyə məruz qalan şəhidlərimizin hər birinin foto-şəklini çəkərək erməni vandalizmini ifşa edən çox qiymətli tarixi foto-səlnamə yaratmışam. Bundan başqa Qarabağ döyüşlərində 38 hərbi cinayətin üstünü açmışam”, – deyə “General Əli” vurğulayıb.

Qeyd edək ki, Əlövsət Qasımovun göstərdiyi xidmətlər “Müharibənin canlı ensiklopediyası”, “Erməni vandalizmi”, “Başsız meyit,” “Şahid şəhidlər haqqında”, “Qanlı köynəklər”, “Ölümlə üz-üzə”, “Sonsuz erməni vandalizminin iç üzü”, “Oğurlanmış tarixi soyqırım”, “Sağlamlığın sirri”, “Erməni terroru”, “Türklərə qarşı törədilmiş erməni terrorunun qısa xronikası” və “Heydər Əliyevin hər anı bir məktəbdir” adlı kitablarda öz əksini tapıb.
Onun böyük vətənpərvərlik fəaliyyətindən bəhs edən “Ruhumun harayı” və “Qarabağ çağırır bizi” sənədli filmlər respublikamızda və xarici ölkələrdə nümayiş olunur.

Ə.Qasımov erməni ordusunun əsgərlərinə məxsus 1017 avtomat silahı döyüş gedən ərazilərdən toplayaraq rəsmi sənədlərlə Azərbaycan ordusuna təhvil verib.

Əlövsət Zöhrab oğlu Qasımov 1988-ci ildə Qərbi Azərbaycanın Vedibasar rayonunun Yengicə kəndindən qaçqın düşüb. Qarabağ müharibəsinin ilk günlərindən 4 qardaşı ilə birlikdə könüllü surətdə döyüş əməliyyatlarında 7 il iştirak edib. Onun lentə aldığı foto-şəkillər erməni vəhşiliyini sübut edən əsil sənəd kimi saxlanılır.

XuralTAC

DSC_0438 DSC_0437 DSC_0436 DSC_0435 DSC_0434

Qarabağ müharibəsindən dəhşətli – FOTOLAR (16+)

Qarabağ müharibəsindən dəhşətli – FOTOLAR (16+)

Qarabağ müharibəsindən dəhşətli – FOTOLAR (16+)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button